hemle

Sürücülük vəsiqəsinin verilməsinə görə yeni RÜSUMLAR

Tarix:29-12-2021, 16:35
Baxış Sayı:445

Gələn il yanvarın 1-dən sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar dəyişir.

Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb. Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşib.

Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçünrüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu rəqəm 5 manat idi.

Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da artırılıb. Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılıb.

Qanuna əlavə edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşib.

Digər xəbərlər
08:55 Mətbəxdə gizli xərçəng təhlükəsi: Uşaqlar üçün risk böyüklərlə müqayisədə 16 dəfə yüksəkdir
08:53 Sarıcalı kəndinə növbəti köç karvanı yola salındı
08:51 Azərbaycan Ordusuna qoşulmaq istəyənlərin NƏZƏRİNƏ
08:47 Sürücülərin nəzərinə: 800 manatadək CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
08:43 Fəlakət qapımızı döyməmiş... - Ərdoğan İstanbulda gözlənilən zəlzələdən danışdı
16:40 Ümumdünya Əməyin Mühafizəsi Günü “Azəriqaz” İB-də qeyd olunub
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı