hemle

Fəlakət qapımızı döyməmiş... - Ərdoğan İstanbulda gözlənilən zəlzələdən danışdı

Tarix:Bu gün, 08:43
Baxış Sayı:440

“Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur. Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində abadlıq layihəsinin həyata keçirilməsi üçün təcili işlərin aparılmasının vacibliyindən danışıb.

Türkiyə lideri qeyd edib ki, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, 16 milyon əhalisi olan şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb.

"İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyə hakimiyyəti bu çərçivədə beş il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır. Eyni zamanda, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikilməlidir.

Digər xəbərlər
12:19 7.2 ballıq zəlzələ olacaq, xeyli insan öləcək - Professordan xəbərdarlıq
12:16 Avropa ölkəsində qalmaqal: Hitlerin namizədliyi irəli sürüldü
12:14 Ermənistan-Gürcüstan sərhədi titrədi
12:12 İrəvana qaçan separatçılar Paşinyanın yerlisini özlərinə “lider” seçir - DETALLAR
12:10 ABŞ Rusiyanın qələbəsini qəbul etdi: Türkiyə açıqladı
12:00 Paşinyanın Estoniya səfərinin sirri - İrəvan nəyə hazırlaşır?
08:55 Mətbəxdə gizli xərçəng təhlükəsi: Uşaqlar üçün risk böyüklərlə müqayisədə 16 dəfə yüksəkdir
08:53 Sarıcalı kəndinə növbəti köç karvanı yola salındı