hemle

DYP bu şəxslərə xəbərdarlıq etdi

Tarix:18-08-2023, 12:21
Baxış Sayı:69

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sükanını azyaşlı övladlarına həvalə edən valideynlərə xəbərdarlıq edib.

İdarədən daxil olan xəbərdarlıqda deyilir:

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur. Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, sürücülük hüququ olmadan avtomobil idarə etmək həvəsinin onların özlərinin və doğmalarının arzularını yarıda qoyacağını unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, habelə nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxsə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə, maddi və mənəvi zərərlərə səbəb olmadan vaxtında aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə konkret addımların atıldığını bildirir, bu sahədə aparılan nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini, belə neqativ əməllərə meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tədbirlərin görüləcəyini avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır, eyni zamanda vətəndaş cəmiyyəti institutlarını bu işdə birgə əməkdaşlığa dəvət edir".

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?