hemle

Bacısını uşaqlarının gözü önündə öldürübmüş

Tarix:28-11-2023, 14:26
Baxış Sayı:85

Bu ilin 24 iyun tarixində Bərdə rayonunda 1988-ci il təvəllüdlü Həsənova Vəfa Nurəddin qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmiş qardaşı, 1986-cı il təvəllüdlü Həsən Həsənovun məhkəməsi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə H.Həsənov Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, V.Həsənova 2006-cı ildə ailə həyatı qurub və 3 övladı olub. Üç il əvvəl onun həyat yoldaşının gözləri tutulub. Bir müddət sonra isə V.Həsənova kiçik övladı ilə birgə yaşadığı evi tərk edib. Bundan sonra H.Həsənov bacısı barədə yaxınlarından məlumat alıb və onu evə qaytarıb. Lakin o, bacısı barədə söz-söhbətlərdən təsirlənərək onun yaşadığı evə gələrək uşaqlarının və həyat yoldaşının yanında çoxsaylı zərbələrlə qətlə yetirib.

Məhkəmədə Vəfa Həsənovanın hüquqi varisi onu qətlə yetirən və 3 uşaq atası olan Həsəndən şikayətçi olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənova 14 il həbs cəzası verilib.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış