hemle

Ailəsindən Ayşə üçün ayrılmışdı, onun da qatili oldu...

Tarix:3-03-2023, 11:52
Baxış Sayı:124

Ötən ilin 3 sentyabr tarixində paytaxtın Nizami rayonunda ikinci həyat yoldaşı, 27 yaşlı Ayşə Bayramovanı qətlə yetirən Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, V.Bayramov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) və 228.4 (Qanunsuz silah saxlama) maddələri ilə ittiham edilib.

Məhkəmədə məlum olub ki, “Kirvə Vüsal” adı ilə tanınan Vüsal 2010-cu ildə Masallıda ailə həyatı qurub və iki övladı dünyaya gəlib. O, 2017-ci ildə Bakıda təsadüfən Ayşəyə məxsus paltar mağazasında olarkən onunla tanış olub və aralarında münasibət yaranıb. Vüsalın həyat yoldaşı ərinin Bakıda başqa qadınla qeyri-rəsmi ər-arvad münasibətində olmasını biləndən sonra ondan Ayşə ilə münasibətə son qoymasını tələb edib. Lakin Vüsal Bayramov Ayşədən ayrılmayacağını deyib və xanımı ondan boşanmaq qərarına gəlib və onların izdivacı 2019-cu ildə rəsmən bitib.

Bundan sonra Vüsal Bakıda sevgilisinə yeni tikilmiş çoxmərtəbəli binalardan birində ev alıb və təmir etdirib. Həmçinin Vüsal 2021-ci ildə Ayşə ilə rəsmi nikaha daxil olub və onların oğlu dünyaya gəlib. Bununla yanaşı ərinin maddi vəziyyəti yaxşı olduğundan Ayşə mağazasını bağlayıb.

Lakin bundan sonra Vüsalın maddi vəziyyəti pisləşməyə başlayıb. O, qısa vaxtda yeni aldığı evi satmalı olub, özü ata-anası ilə, valideynlərini erkən yaşda itirən Ayşə isə nənəsinin yanında yaşamağa başlayıb. Bundan sonra isə cütlüyün arasında ciddi problemlər yaranıb. Ayşənin nənəsi də tez-tez ondan Vüsala şikayətlər edib. Bu, onların münasibətlərini daha da kəskinləşdirib. Nəhayət, sentyabrın 3-də Vüsal soyuq silah hesab edilən bıçaqla Ayşənin nənəsinin evinə gedərək onu gözləyib. Gecə saat 23 radələrində o, Nizami rayonu, Şərifli küçəsində həyat yoldaşına hücum edərək onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Bayramova 9 il 3 ay müddətinə həbs cəzası verilib.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış