hemle

“Qarabağ”a beş milyon avro qazandıran Kadi “Krasnodar”a getməsinə peşman olmayıb ki?

Tarix:18-11-2023, 13:00
Baxış Sayı:105

“Qarabağ” azarkeşlərinin hələ də unutmadığı Kadi Borgesin Rusiyadakı işləri pis getmir.

Azərbaycanda məşhurlaşaraq bu ilin əvvəlində beş milyon avro qarşılığında “Krasnodar”a transfer olunan braziliyalı yarımmüdafiəçinin formasının geyindiyi komanda təəccübləndirməkdə davam edir.

Krasnodarın eyniadlı təmsilçisi 15 turdan sonra topladığı 32 xalla turnir cədvəlinə liderlik edir.

Azərbaycanlı futbolsevərləri maraqlandıran suallardan biri Kadinin “Krasnodar” üçün nə dərəcədə vacib fiqur hesab edilməsi və hansı göstəricilərlə yadda qalmasıdır?

“20 nömrə” ötən mövsümün ikinci yarısında Premyer Liqada yeddi oyunda meydana çıxıb, üç qol və bir məhsuldar ötürmə ilə yadda qalmışdı. Ölkə kubokunda isə şans qazandığı dörd qarşılaşmada iki dəfə fərqlənmişdi.

Ötən ilin aprelində aldığı ağır zədəyə görə uzun müddət yaşıl meydanlardan kənar qalan Borges ötən mövsümün sonunu boşa verib yeni sezona hazır olmaq üçün müalicə alıb.
Baş məşqçi Valdimir İliç zədədən yeni qayıdan Kadiyə qarşı ehtiyatlı davranmalı idi ki, braziliyalı bu səbəbdən cari mövsümün ilk oyunlarında əvəzetmədən meydana daxil olurdu.

Lakin zaman keçdikcə “11-lik”dəki yerini qaytaran sabiq “Qarabağ”lı ötən günlərini xatırlatmağa başladı. Hazırda “Krasnodar”ın lider kürsüsündə əyləşməsində onun əməyi heç də az deyil.

O, cari Premyer Liqa mövsümündə 14 oyunda meydanda olub, bunların yeddisində əsas heyətdə yer alıb. Assist müəllifi olmasa da, iki dəfə adını qol müəllifi kimi tabloya yazdırıb.

Ölkə kubokunun altı matçında şans qazanıb. Birində “11-lik”də olub, digər hallarda əvəzetmədən meydana daxil olaraq iki qol və bir məhsuldar ötürmənin müəllifi olub.

Kadi 2023-cü ildə “Krasnodar”ın formasında meydana çıxdığı 31 qarşılaşmada yeddi qol və iki assistlə yadda qalıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir