hemle

Müharibə əlillərinə və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi qaydası dəyişdi

Tarix:16-11-2023, 21:46
Baxış Sayı:110

Nazirlər Kabinetinin 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 2 avqust tarixli 271 nömrəli qərarında dəyişiklik edilb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydanın 2.6-2.8-ci bəndlərində qeyd olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.

Digər xəbərlər
13:56 Zəlzələdən sonra İstanbulda malikanələr satışa çıxarıldı
13:53 İranda şok: Bayrağımızın əksi olan mallar qadağan edildi
13:50 Haaqa məhkəməsi Vardanyanla bağlı iddiaları rədd etdi...
13:39 İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
13:29 Yeni müharibə başlayır? - AÇIQLAMA
13:25 Sabah 29 dərəcə isti olacaq
13:16 Azərbaycanda kartofla soğan buna görə bahalaşır: Səbəblər bəlli oldu
13:13 Süni intellektin yaratdığı problemlər: Manipulyasiya, fırıldaqçılıq...