hemle

TÜRKİYƏ S-400-LƏRİNİ SATIŞA ÇIXARIR?

Tarix:9-05-2020, 16:44
Baxış Sayı:385

Güney sərhədimizdəki Suriyanın hava məkanını ruslar idarə edirlər. Yəni buradan gələcək riskə S-400-lə qarşılıq vermək gülüncdür.

ONN media xəbər verir ki, bunu türkiyəli köşə yazarı Hüsnü Mahalli deyib.

“Fərat çayının şərqində ABŞ YPG-yə dəstək verir. Oradan da risk gələ bilər. Ancaq ABŞ NATO üzvü və Türkiyənin müttəfiqidir. Türkiyədə 10 bazası olan ABŞ-ın yaradacağı riskdən də danışmaq gülüncdür. Türkiy NATO üzvüdür, Suriyanı Rusiya idarə edir, İran ilə dostsan. Böyük ziddiyət var. Düşmən kimdir və bu S-400-ləri kimə qarşı istifadə edəcəksən?

S-400-lərin bu gün aktiv edilməsinə qərar verilsə belə onun istənilən səviyyəyə çatdırılması üçün 3-5 ay lazım olacaq. Rusiyadan gətirilən sistemlərin indiyə qədər sandıqları belə açılmayıb”, – deyə o bildirib.

O, Türkiyənin hansısa başqa ölkəyə S-400-ləri satacağı ilə bağlı iddiaların real olmadığını söyləyib:

“Türkiyədən əsgərlər Rusiyaya gedərək, bunun üçün özəl təlim keçiblər. Bunun üçün özəl proqramlar hazırlandı və onlar Türkiyəyə verildi. Dolayısı ilə Türkiyə özünə görə hazırlanan proqramı başqa ölkəyə verə bilməz. Yəni S-400-lər ya istifadə edilməyəcək, ya da hansısa bir formul tapılıb ruslara qaytarılacaq. Beynəlxalq razılaşmalarda “Al malını, ver pulumu” deyilən bir anlayış yoxdur, ancaq tərəflər arasında dostluq içində hansısa formul yaradıla bilər”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq