hemle

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb

Tarix:13-11-2023, 20:32
Baxış Sayı:566

Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.

Yanğın hələ də davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunub.

Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Amma alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür. (Report)

Digər xəbərlər
10:09 Xalq artisti Aygün Səmədzadəyə vəzifə verildi
10:05 Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu
10:02 “Starlink”in daha 26 internet peyki orbitə çıxarıldı
09:59 Məhərrəm ayının başlamasına az qalıb: toylar artdı, qızıl bahalaşdı
09:57 "Bu sülh şansını əldən vermək olmaz” - Ərdoğan
17:40 Taksilərdə yeni tələblər - Dəyişikliklər var
17:37 Onlar ölkədən çıxa bilməyəcək
17:35 Pensiya alanların nəzərinə - Dəyişiklik edilir