hemle

"Bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır" - Deputat

Tarix:13-11-2023, 17:37
Baxış Sayı:643

"Bu gün əksər Azərbaycan televiziyalarının efirini milli-mənəvi dəyərlərimizə zidd şou verilişləri bəzəyir".

Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, televiziyalar bunu maliyyə gəlirləri ilə əlaqələndirirlər:

"Ancaq düşünürəm biz daha çox maarifləndirici, qələbəmizin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlmiş verilişlərə üstünlük verməliyik. Bu cür verilişlərin maliyyələşdirilməsi mexanizmləri barədə düşünməliyik".

Deputat qeyd edib ki, bəzi bölgələrdə, xüsusilə Bakıda çox ciddi məktəb sıxlığı var: "Bu da təhsilin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu məsələnin həlli istiqamətində tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac var. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır".

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq