hemle

AZƏRBAYCANDA VALİDEYNLƏRİNİ İTİRƏN TƏLƏBƏ QIZA QARŞI İYRƏNC HƏRƏKƏT

Tarix:9-05-2020, 11:08
Baxış Sayı:519

Göyçay rayonunda fərdi yaşayış evi talan edilib.

ONN media xəbər verir ki, hadisə Hacalıkənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ikinci kurs tələbəsi Süsən Vaqif qızı Hümbətova hər iki valideynini itirib və dayısının qəyyumluğu ilə böyüyüb.

Evdə yaşayış olmadığından sui-istifadə edən oğrular evin qapı-pəncərələrini, döşəməsini, pilləkənini, həyətdəki çardağın şiferini sökərək aparıblar. Hətta evdəki divan, soyuducu və televizor da oğurlanıb.

Eyni zamanda həyətyanı sahənin hasarı uçurulduğundan kənd sakinlərinin mal-qarası meyvə bağını da məhv ediblər.

S.Hümbətova Bakıda tələbə yataqxanasında qaldığını, dərs olmadığından Göyçaya qayıtdığını, lakin dağıdılmış evində yaşamaq üçün heç bir şəraitin olmadığını bildirib. O, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Xidməti-Zəng Mərkəzi”nə və Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edib.

S.Hümbətova evini talan edən şəxslərin cəzalandırılmasını və yaşamaq üçün şərait yaradılmasını istəyir.(report)



ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir