hemle

Siqaret və spirtli içkilər nə qədər bahalaşacaq? - AÇIQLAMA

Tarix:2-11-2023, 18:12
Baxış Sayı:2 312

Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır.

Belə ki, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün 0,25 manatdan 2 manata qaldırılır. İçməli spirtin hər litri üçün vergi dərəcəsi isə 4 manatdan 4,8 manata yüksəldilir.

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir:

“Lakin siqaret və siqarilla məhsullarında vergi min ədədə hesablandığından hər ədədə düşən artım da cüzi olur. Buna görə də, siqaret qiymətlərində ciddi artım gözlənilirmir.

Lakin elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 manata yüksəldilib ki, bu da sözügedən siqaretlərin qiymətinə əhəmiyyətli təsir göstərəcək. Ümumilikdə, qiymətlərdə 1,75-2 manat aralığında artım gözlənilir”.

Ekspertin sözlərinə görə, vergi artımı spirtli içkilərdə hər litr üçün qiymətlərin 0,5-1 manat aralığında artımına səbəb ola bilər.

“Vergilərdəki dəyişikliklər bazara ciddi təsir göstərməsə də, qiymətartırıcı faktorlardır”, - deyə X. Kərimli əlavə edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir