hemle

Bunlar AzTV-dən alınaraq nazirliyə verildi

Tarix:1-11-2023, 13:28
Baxış Sayı:131

Nazirlər Kabineti “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında qərar verib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səsyazma Evində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev Sarayına, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.
Ətraflı

Həmin kollektivlərin cari ildə maliyyələşdirilməsi 2023-cü il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə ayrılan maliyyə yardımının strukturunda həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş hədd çərçivəsində Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.

Mədəniyyət Nazirliyi və Maliyyə Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə almalı və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir