hemle

Dələduzluqda təqsirləndirilən beş nəfərə HÖKM OXUNDU

Tarix:20-10-2023, 13:04
Baxış Sayı:715

Dələduzluqda təqsirləndirilən Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova, Niyaməddin Abasov, Pərviz Əliyev və Turac Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Niyaməddin Abasov 5 il, Pərviz Əliyev 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən məhkəmə zalında həbs olunub.

Digər təqsirləndirilən şəxslər Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova və Turac Məmmədov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il şərti azadlıqdan məhrum etmə qərarı verilib.

Həbs edilən şəxslər dəymiş ziyanı ödəməyib, digər 3 şəxs isə dəyən ziyanı tam ödəyib.
Bu iş üzrə təqsirləndirilən Samirə Mirzəyevə istintaqdan gizlənib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərə yalan vədlər verərək onlara pensiya düzəldəcəkləri barədə söz verib və 300 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə ittiham verilib.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı