hemle

Araik bu cür ələ keçirilib: Əməliyyatın detalları...

Tarix:13-10-2023, 09:59
Baxış Sayı:456

44 günlük müharibədə Gəncə və digər şəhərlərə raketlərin atılması və mülki insanların qətlə yetirilməsi əmrini verən separatçı Araik Arutyunyanın Qarabağada harada ələ keçirildiyinə dair yeni məlumatlar yayılıb.

Erməni jurnalist Tatul Akopyan Arutyunyanın Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən konyak zavodunda həbs edildiyini iddia edir.

“Mən Arkadi Qukasyan və Bako Saakyanın necə həbs edildiyi ilə bağlı məlumatlar yaymışdım. David İşxanyan da onların yanında olub. Daha bir detalı qeyd etmək istəyirəm. Qukasyan, Saakyan və İxşanyan Rusiya sülhməramlılarının qərargahını tərk edərək, keçmiş (qondarma-red) “daxili işlər naziri” Karen Sarkisyanın Xankəndidəki evinə gediblər.

Azərbaycan DTX-si da onları məhz orada ələ keçirib. Araik Arutyunyan isə Xankəndidə səhmdarlarından biri olduğu konyak zavodunda həbs olunub. Əldə etdiyimiz məlumata görə, Araik konyak zavodunda gizlənirmiş. Azərbaycan DTX-sinin xüsusi təyinatlı qrupu Tumanyan (ermənilərin Xankəndi küçələrindən birinə bu adı vermişdi) küçəsində yerləşən zavodda əməliyyat keçirərək, onu həbs ediblər, daha sonra Bakıya aparıblar”, - erməni jurnalist bildirir.( Publika.az)

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir