hemle

İran bizə görə Türkiyə ilə savaşa girəcək? - Qasparyan

Tarix:13-10-2023, 09:11
Baxış Sayı:63

İran Ermənistana görə Türkiyə ilə toqquşmayacaq.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş baş müşaviri Arsen Qasparyan deyib.

Qasparyanın sözlərinə görə, Tehran Qafanda konsulluq açmaqla artıq ciddi addım atıb:

“Ancaq Türkiyə-Azərbaycan təcavüzü halında İrandan hər hansı hərbi müdaxiləni gözləməyimiz əbəsdir. İran tərəfinin “qırmızı xətlər”lə bağlı səsləndirdiyi bütün bəyanatlar (“Ermənistan sərhədləri İranın qırmızı xəttidir” – red.) sadəcə söz olaraq qalır. Düşünmürəm ki, İran Ermənistan ərazisinə görə Türkiyəyə qarşı hərbi əməliyyatlar keçirsin. Onlar yenə də bəyanatlarla kifayətlənəcəklər”.

O bildirib ki, Tehranın NATO-nun ikinci ən güclü ordusu ilə müharibəyə başlaması istisnadır.

Qasparyan Türkiyənin Azərbaycandan Naxçıvana gedən yol ilə bağlı ritorikasında dəyişiklikləri də şərh edib:

“İndiki mərhələdə müxtəlif bəyanatlar verilə bilər, xüsusən də parlaq diplomatiya aparan Türkiyə tərəfindən. Onların Ermənistandan keçən yol variantı var, bu, 9 (10) noyabr tarixli sənəddə göstərilib, amma orada “dəhliz” sözü yoxdur. Söhbət kommunikasiyaların açılmasından gedir, sənədə əsasən, buna Rusiya Federasiyası FSB-nin sərhədçiləri nəzarət edəcək.

Hazırda Türkiyə və Azərbaycan ikinci variantı – İran vasitəsilə - düşünürlər, lakin bir məqamı nəzərə almaq lazımdır, Ankara və Bakının imzaladığı Şuşa Bəyannaməsində “Zəngəzur dəhlizi”nin adı çəkilir”.

Qasparyan əlavə edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) son iclasında Ermənistan növbəti diplomatik uğursuzluğa düçar olub. Belə ki, KTMT və Aİİ üzvləri - Qazaxıstan və Qırğızıstan faktiki olaraq, Türkiyə və Azərbaycanla Ermənistanın suveren ərazisi ilə bağlı sənəd qəbul ediblər.

“Bütün bunlar onu deməyə əsas verir ki, Bakı və Ankaranın planları dəyişməyib. Onlar başqa layihələri İranla da müzakirə edə bilərlər. Bu, diplomatik çeviklikdir - hansı variantın daha sərfəli olduğunu anlamaq üçün...”, - Qasparyan yekunlaşdırıb.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi