hemle

NEFTİN VƏ QIZILIN QİYMƏTİ YENİDƏN BAHALAŞDI

Tarix:7-05-2020, 19:33
Baxış Sayı:416

Səudiyyə Ərəbistanı qiymətləri bütün bölgələr üçün may ayına müəyyən edilmiş səviyyədən yuxarı qaldırıb.

ONN media xəbər verir ki, dünya əmtəə bazarında neftin qiymətinin qalxdığı dönəmdə qızılın qiyməti yenidən 1700 dollar həddinə çatıb.

Bu ayın əvvəlindən başlayaraq istehsalın azalması bazarlarda qiymətlərin sabit qalmasına ciddi təsir göstərib.

Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin bildirib ki, neft bazarlarının bərpası üçün dəqiq əlamətlər var. Sorokin çərşənbə günü ölkəsinin tezliklə istehsalın azaldılması ilə bağlı məqsədlərinə çatacağını vurğulayıb. O, həmçinin xəbərdarlıq edib ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) və onun müttəfiqləri tərəfindən formalaşdırılan OPEK+ qrupunun imzaladığı hasilatın azaldılması haqqında sazişin pozulması heç kimə xeyir gətirməyəcək.

İyun ayında “Brent” markalı neftin dünya bazarlarına nəqli 6,22 faiz artaraq 31,58 dollara, iyun ayında isə Qərbi Texasda neft tədarükü 8,88 faiz artaraq 26,11 dollara çatacağı proqnozlaşdırılır.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi