hemle

Rusiya XİN-dən Vardanyanın həbsinə REAKSİYA

Tarix:9-10-2023, 12:34
Baxış Sayı:51

"Söhbət ilk növbədə Ermənistan vətəndaşlarından və ya Rusiya vətəndaşlığından könüllü olaraq imtina etmiş şəxsdən gedir".

Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Qarabağ separatçılarının “liderləri”nin həbsindən danışarkən deyib.

RBK-nın qondarma “Atsaxın keçmiş dövlət naziri” Ruben Vardanyanla bağlı Moskvanın hər hansı mövqeyə malik olduğuna dair sualını şərh edən nazir müavini deyib:

“Bu məsələlər ilk növbədə həmin şəxslərin vətəndaşları olan Ermənistanla Azərbaycan Respublikasının hakimiyyət orqanları arasında həll olunmalıdır. Və toxunmadığım vacib bir məqama da diqqətinizi çəkmək istəyirəm. Məhz bu cəhət ondan ibarətdir ki, rəsmi İrəvan hansısa mərhələdə onun Qarabağ ermənilərinin taleyi ilə heç bir əlaqəsi olmadığını və bununla bağlı bütün məsələlərin Azərbaycan hakimiyyəti ilə Qarabağ ermənilərinin nümayəndələri arasında dialoq çərçivəsində həll edilməli olduğunu deməyə başladı. Bu da çox təəssüf ki, oldu. Diqqətinizi buna cəlb edirəm”.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ