hemle

“Koronavirus qeyb olmayıb, dolaşır və dolaşacaq

Tarix:7-05-2020, 19:23
Baxış Sayı:409

“Heç kim bilmir ki, pandemiya nə qədər davam edəcək. Heç kim bilmir ki, bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda modul tipli xəstəxananın açılış mərasimində çıxış edərkən deyib.
Prezident qeyd edib ki, atılan addımlar qabaqlayıcı xarakter daşıyır: “Bu xəstəxananın, bundan sonra 9 buna oxşar xəstəxananın istifadəyə verilməsi (onların istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulur) bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı. Məhz buna görə də hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir. Koronavirus heç bir yerə qeyb olmayıb. Dolaşır və dolaşacaqdır və bunu hər kəs bilməlidir.
Bu gün testlərin aparılması istiqamətində də böyük uğurlar var. Adamabaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Testlərin keçirilməsi üçün yeni laboratoriyalar alınıb. Onların sayı 23-ə çatıb. Yeni laboratoriyaların yaradılması gündəlikdə duran məsələdir. Bütün lazımi tibbi avadanlıq alınır.
Prezidentin Ehtiyat Fondundan tibbi avadanlıqların və ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrılıb. Bu, birinci tranşdır. Əlavə 150 milyon manat artıq hazır vəziyyətdədir. Lazım olan vaxtda ondan da istifadə edəcəyik. Əlbəttə ki, bütün bu kompleks tədbirlər testlərin keçirilməsi, xəstəxanaların, laboratoriyaların fəaliyyəti və həkimlərin peşəkarlığı, işin düzgün təşkili bizə imkan verdi ki, hazırda biz istədiyimiz kimi az itkilərlə bu vəziyyətdən çıxırıq. Hər bir insanın ölümü böyük faciədir. Bu, onun yaxınları, qohumları üçün və hər bir insanın həyatı bizim üçün qiymətli, dəyərlidir. Ancaq dünyada hər şey müqayisədə ölçülür və biz görürük ki, inkişaf etmiş ölkələrdə yüzlərlə, bəzi hallarda 1000-dən çox insan gündə vəfat edir. Əlbəttə ki, Azərbaycanda bu sahədə görülmüş işlər xüsusi əhəmiyyət daşıyır və bunu hər kəs görür”.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?