hemle

Mənzil üzərində mülkiyyət hüququ necə rəsmiləşdirilir?

Tarix:4-10-2023, 17:47
Baxış Sayı:75

Ölkəmizin, xüsusilə paytaxt Bakının mənzil bazarındakı aktivlik daşınmaz əmlakın sənədləşməsinə tələbi də artırır. Üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış mənzil sahibləri iqtisadi proseslərdə (sığorta, girov, alqı-satqı və s.) daha geniş və rahat iştirak edir, hüquqlarından etibarlı və zəmanətli şəkildə istifadə imkanları əldə edirlər. Bütün bunlar isə, vətəndaşların mənzillərinə dair çıxarış almaq marağını artırır. Vətəndaşlar əsasən, ilkin bazarda mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) tərəfindən tikilən binalardan mənzillər alırlar. Bu mənzillərə dair çıxarışın alınması üçün tələb olunan sənədlər isə fərqlidir.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, MMC-nin tikdiyi binadan mənzil alanlar ilk növbədə bina üzərində MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığını aydınlaşdırmalıdır. Əgər binaya çıxarış verilibsə, MMC ilə mənzil sahibi arasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra, həmin müqavilə əsasında mənzil sahibi mülkiyyət hüququnu qeydiyyata aldırmaqla, öz adına çıxarış əldə edə bilər.

Mənzil-tikinti kooperativlərindən mənzil alan vətəndaşlar isə ilk olaraq MTK-nın inşa etdiyi binanın müvafiq dövlət qurumu tərəfindən istismara qəbul edilib-edilmədiyini (istismara qəbul aktının olub-olmadığı) dəqiqləşdirməlidir. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və maliyyə arayışı (mənzilə dair pay haqqının ödənilməsi və borcun olmaması barədə) tələb olunur.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir