hemle

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

Tarix:30-09-2023, 10:00
Baxış Sayı:4 957

Nikol Paşinyana qədər Ermənistan və ermənilər uçurumun kənarında idilər. Paşinyanın dönəmində onun idiotik siyasəti nəticəsində ermənilər irəliəyə doğru böyük addım atdılar.

Ermənistanın hakimiyyət dairələri, qarabağlı erməni separatçıları, erməni diasporu və erməniləri dəstəkləyən təşkilatlarla şəxslər ritorikalarını dəyişməyiblər.

Rəsmi İrəvan üzləşdiyi problemlərdən özündən savayı hamını suçlayır, erməni diasporu yeni düşmənləri sadalamaqla məşğul olur, qarabağlı ermənilər isə bundan sonra nə etməli olduqlarını düşünürlər.

Ermənistanın və erməni diasporu ilə onların təsir etdikləri mass-medianın, siyasətçilərin yalanları çoxdur, amma həmin əsassız iddialar arasında üçü xüsüsi yer tutur.

Həmin yalanlara nəzər salaq.

1-ci yalan. "Rusiya Ermənistana xəyanət etdi, silah satmadı, tək qoyub"

"İndiki çətin sosial vəziyyəti" nəzərə alaraq, Ermənistan tədarükü heç vaxt başlamamış silahlara görə Moskvaya ödənilən təxminən 400 milyon dolları geri qaytarmaq üçün Rusiyaya müraciət edib.

Lakin rəsmi Moskva silah tədarükü üzrə müqavilələrin hələ də ləğv edilmədiyini əsas gətirərək pulu qaytarmaqdan imtina edib. Baş verənlər Ermənistanın hakimiyyət dairələrinin Rusiya Federasiyası ilə münasibətləri daha da korlamağa və gərginləşdirməyə yönəlmiş son taktikasının daha bir təzahürü sayıla bilər.

Əslində, nə baş verir və indi nələr yaşanır?

Ötən ilin əvvəllərindən bəri Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasındakı məmurlar fasiləsiz olaraq bəyan edirlər ki, rəsmi İrəvan Moskvadan silah-sursat, hərbi texnika və s. almaq üçün müqavilə imzalayıb, gərəkli vəsaiti ödəyib - amma, sən demə, "Rusiya anlaşmanın şərtlərinə əməl etmir".

Reallıq tam fərqlidir.

Məsələn, Ermənistanın və Rusiyanın Müdafiə Nazirlikləri arasında imzalanmış müqaviləyə görə, "Smerç 9K58" reaktiv yaylım atəşi sistemlərini istehsal edən "Splav" SC İrəvandan ödənişləri alandan sonra razılaşdırılmış sayda "Smerç"ləri isteşsal edərək Ermənistana yollamalı idi.

"Splav" nəzərdə tutulmuş sayda "Smerç"ləri istehsal edəndən sonra Ermənistanın Müdafiə Nazirliyinə məktub yollayaraq "məhsul hazırdır, onun qəbul edilməsi üçün mütəxəssislərinizi yollayın" deyir.

Bu məktubdan 15 ay keçir, lakin İrəvan cavab vermir. Daha sonra "Splav" SC üç dəfə (!) Ermənistan Müdafiə Nazirliyinə müracət edərək "məhsulun ən qısa müddətdə sizə çatdırılması üçün zəruri tədbirləri görün" deyir: "Bu həcmdə məhsulu anbarlarımızda uzun müddət saxlaya bilmərik".

İrəvan yenə cavab vermir.

Daha sonra Rusiya Ukraynada hərbi əməliyyatlara başlayır, "Splav"ın anbarlarında olan və Ermənistan üçün nəzərdə tutulmuş "Smerç"lər RF Silahlı Qüvvələrinə verilir.

Buna rəğmən, rəsmi Moskva İrəvana dəfələrlə müraciət edərək "Rusiya ilə Ermənistan arasındakı dostluq əlaqələrini nəzərə alaraq məhsulu yollamağa hazırıq: lakin göndəriş mərhələli şəkildə olacaq" deyir.

44 günlük İkinci Qarabağ Müharibəsi başqa çatandan sonra Rusiya Federasiyası Ermənistana 1,4 milyard dollar məbləğində silah-sursat və hərbi texnika tədarük etməyə hazırdı. Bəhs olunan məbləği Rusiya Ermənistana 20 il müddətli güzəştli kredit qismində verməyə də razı idi.

Müvafiq anlaşma layihəsi də vardı, imzalanmaya hazır idi.

Fəqət, Nikol Paşinyan "qəflətən" anlaşmadan imtina edir. Əvəzində, Ermənistanın Müdafiə Nazirliyi Hindistanın hərbi-sənaye kompleksinə daxil olan şirkətlərlə 500,2 milyon dollarlıq müqavilələr imzalayır.

Hindistan həmin sazişlərdə nəzərdə tutulmuş silah-sursat və hərbi texnikanın cəmi 5 faizini indiyədək Ermənistana göndərib.

Ekspertlərin dediklərinə görə, Rusiya istehsalı olan analoji silahlar və hərbi texnikalarla müqayisədə keyfiyyəti dəfələrlə aşağı analoji hərbi texnika üçün ermənilər Dehliyə 3 dəfə baha məbləğ ödəyiblər.

2-ci yalan. "Azərbaycanı tərk edən qarabağlı ermənilər qaçqınlardır"

Azərbaycan Ordusunun uğurla başa vurduğu və qarabağlı separatçıların tam kapitulyasiyası ilə başa çatmış 24 saatlıq lokal antiterror tədbirlərindən sonra Yevlaxdakı keçirilmiş görüş tarixi oldu.

Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına yönəlmiş dialoqun yeni mərhələsi olan Yevlax görüşündən sonra Xankəndindəki xuntanın aqoniyası artıq fakta çevrilmişdi.

Həmin xuntanın "rəhbər"i Samvel Şahramanyanın srağagün bəyanat yayaraq, gələn ilin yanvarın 1-dək xuntanın bütün "hakimiyyət və inzibati strukturlarının buraxılacağını" elan etməsi onillərdən bəri davam edən erməni separatizmin sonu oldu.

Qarabağlı ermənilərə reinteqrasiya, fərqli və normal yaşam, təhlükəsizliyin və hüquqların tam təminatı təklif olunub.

Lakin onların bir qismi Azərbaycanda yaşamaq istəmədiklərini deyərək Ermənistana yollanıblar.

Ermənistanın hakimiyyət dairələri, siyasətçiləri, bloqerləri, habelə beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ölkələrin siyasətçiləri və s. "qaçqınlar" adlandırırlar.

Əsla belə deyil: qarabağlı ermənilər heç bir halda qaçqın sayıla bilməzlər.

Qarabağ münaqişəsi başlanandan az sonra kütləvi olaraq Ermənistan pasportları almış qarabağlı ermənilər de-yure Ermənistan vətəndaşları, de-fakto isə Azərbaycan sakinləri idilər.

30 il davam etmiş işğal illərində Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmayan və separatçı xunta tərəfindən idarə olunun bu ermənilər maaşları, təqaüdləri, ödənişləri və s. Ermənistandan alırdılar. Xuntanın fəaliyyəti Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilirdi.

BMT sənədlərində "qaçqın" statusu belə müəyyənləşdirilir: "Tamamilə əsaslı səbəblər üzündən irqi, dini, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubluq və ya siyasi baxışlara görə təqib qurbanı olmaq təhlükəsi ilə üzləşmiş, vətəndaşlıq mənsubiyyəti olduğu ölkədən kənarda olan və ya sadalanan səbəblərə görə ölkəsinin müdafiəsindən istifadə etmək istəməyən istənilən şəxs qaçqın hesab olunur".

"Qaçqın" ifadəsi ilk dəfə beynəlxalq hüquqda 1951-ci ildə qəbul edilmiş "Qaçqınnların statusu haqqında" konvensiyada, daha sonra isə BMT sənədlərində təsbitlənib.

Məhz bu səbəbdən indi Azərbaycandan Ermənistana getmiş və getməyə davam edən qarabağlı ermənilər nə qaçqın, nə də məcburi köçkün sayıla bilməzlər.

Onlar Ermənistan pasportlarına malik olduqları üçün beynəlxalq hüquq baxımından Ermənistan vətəndaşları sayılırlar və bu şəxslərin Ermənistana üz tutmaları, sadəcə, dövlətin mühafizəsi ilə şimayəsində yerdəyişmə etmələri sayılır.

Qarabağlı ermənilər Azərbaycanı tərk edərək Ermənistana yollandıqları üçün məcburi köçün də sayıla bilməzlər, çünki başqa ölkənin (Azərbaycan) ərazisindən gediblər.

Yəni öz ölkəsində sadaladığımız səbəblərdən təqiblərə məruz qalan, başqa heç bir ölkənin vətəndaşlığına və ya yaşama izninə malik olmayan şəxslər qaçqın hesab edilir.

Məsələn, Kanadada yaşayan Fransa vətəndaşı təqiblərə məruz qaldığını deyərək ev-eşiyni qoyaraq Fransaya qayıdarsa, məruz qaldığı bütün mənəvi, maliyyə və s. itkilərə rəğmən, qaçqın hesab edilmir.

Bəhs etdiyimiz məqamlara görə hazırda BMT, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), habelə Ermənistanı dəstəkləyən dövlətlərlə qurumlar qarabağlı erməniləri nə qaçqın, nə də məcburi köçkün kimi səciyyələndirə bilməzlər.

BMT və USAİD-in müvafiq qurumları bunu bildikləri üçün Azərbaycandan Ermənistana getmiş qarabağlı erməniləri "müdafiəyə ehtiyacı olan digər şəxslər" elan ediblər: yardımlar da məhz bu ifadədən istifadə etməklə edilir.

3-cü yalan. "Qarabağlı ermənilərə qarşı amansız təqiblər, təzyiqlər olub, onlar canlarını zorla xilas edərək qaçıblar".

Azərbaycanı tərk edərək Ermənistana yollanan qarabağlı ermənilər Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən təqiblərə, təhlükəyə məruz qalan şəxslərə bənzəmirlər.

Söz yox, kədərli, qəzəbli, çaşqın, ümidsiz simalardır. Başqa cür ola da bilməz - insanlar ümidsizliyə, məlumatsızlığa, yalnız vədlər verilən və sadəxə, sıravi ermənilərin xeyriyyə yardımlarına bel bağlana biləcək Ermənistana gedirlər.

Bu qarabağlı ermənilər arasında Azərbaycan telekanallarına, xəbər agentliklərinə və s. mass-media strukturlarına müsahibələr verənlərin heç biri ölüm təhlükəsi ilə üzləşmiş insana bənzəmirlər.

Onlar Ermənisanda yerli mediaya tam fərqli hekayələr danışırlar — bu da gözləniləndir.

Lakin ermənilərin və onların havadarlarının iddialarını təsbit edə biləcək hansısa fakt, dəlil, sübut yoxdur.

Olması da mümkün deyil — iddialar tamamilə əsassızdır, yalandır.

… Xankəndi onillər boyu davam etmiş illüziyalardan və yalanlardan gerçək həyata keçidə başlayıb.

Əsl həyat orada az sonra başlanacaq.

Elçin Alıoğlu
Trend

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?