hemle

“Kölgədəki pullar” ölkəyə qaytarılır?

Tarix:7-05-2020, 16:28
Baxış Sayı:472

Milli Məclisə maliyyə amnistiyası haqqında sənəd daxil olacaq.

Mətbuat bu xəbəri Milli Məclisdəki mənbəyə istinadən yayıb. Mənbə bildirib ki, gələn həftə Milli Məclisə maliyyə amnistiyası haqqında sənədin daxil olacağı gözlənilir.

Qeyd edək ki, maliyyə amnistiyası əvvəllər gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi, ölkə ərazisindən çıxarılaraq xarici banklarda və şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılması və əvvəllər yaranmış vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılmasına yönəlmiş bütün inzibati-hüquqi və sosial-iqtisadi tədbirlərin məcmusudur. Belə bir sənədin qəbul olunması artıq bir neçə ildir ki, müzakirə olunur. Bir çox siyasətçilər, ekspertlər ölkəmizdə maliyyə amnistiyasına ehtiyac olduğunu bildiriblər.

Bəs sənəd qəbul olunarsa, bunun ölkə iqtisadiyyatına hansı təsirləri ola bilər?

Qeyd edək ki, son illər ərzində aparılan iqtisadi-sosial islahatların əsas məqsədlərindən biri də iqtisadiyyatın ”kölgə”-dən çıxarılmasıdır ki, bu da dövlət büdcəsinə vergi daxilolmalarının artması baxımından böyük əhəmiyyət kəsb edir. Gəlirlərin leqallaşdırılması istiqamətində bir neçə istiqamətdə işlər aparılır. Hesab olunur ki, maliyyə amnistisiyasının verilməsinin də bu istiqamətdə xüsusi rolu ola bilər. Ekspertlər qeyd edirlər ki, qanuni ya qanunsuz yolla toplanaraq xaricə aparılmış vəsaitlər üzərində amnistiyanın tətbiqi ölkənin investisiya mühitinə müsbət təsir edər. Yəni bu cür vəsaitlərə sahib olan şəxslərə məhkəmə tərəfindən qarantiya verilir ki, vəsaitlərini xaricdən gətirə bilərlər, buna görə məsuliyyət daşımırlar. Xaricdən gətirilən vəsaitlərin sərmayə formasında ölkə iqtisadiyyatına qoyulması isə iqtisadiyyatın inkişafına təkan verir. Bu zaman həm də artıq qanunun tələb etdiyi formada fəaliyyət göstərilməsi tələbi qoyulur ki, bu da öz növbəsində vergi ödəmələrinin genişlənməsnə təkan verir.

Lakin maliyyə amnistiyası tətbiq edilən kapitalın ölkəyə gətirilməsində bir məsələ də önəm daşıyır ki, bu da ölkədə məhkəmə sisteminə inamın olub-olmamasıdır. Yəni amnistiya tətbiq olunan qrupun gələcəkdə təqib olunmayacağına əminliyi olmalıdır. Ekspertlər hesab edirlər ki, maliyyə amnistiyasının effektli olması həm də ölkədə ədalətli məhkəmə sisteminin qurulmasından keçir. Bununla yanaşı, həm də gömrük qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac yaranır.

Onu da qeyd edək ki, Azərbaycan belə bir addımı atacaq yeganə ölkə deyil. Dünyanın bir sıra ölkələrində iqtisadiyyatların genişlənməsi, xaricdə olan vəsaitlərin ölkəyə cəlb edilməsi məqsədilə bu istiqamətdə addımlar atılıb. Müxtəlif olkələrdə bu addımlar müxtəlif formalarda tətbiq olunub. İnkişaf etmiş ölkələrdə maliyyə aministiyaları ,əsasən, vergi məsələlərini əhatə edir və “vergi amnistiyası” adlandırılır. İnkişaf etməkdə olan ölkələrdə isə amnistiyalar vergilərlə yanaşı, əmlakı, gəliri, fəaliyyəti, fəaliyyət subyektlərini və s. əhatə edir.

Bəs Azərbaycanda maliyyə amnistisiyasının tətbiqi hansı nəticələr verə bilər?

Millət vəkili Vahid Əhmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, maliyyə, eləcə də əmlak amnistiyasının tətbiqi ilə bağlı məsələ var:

“Bu, müzakirə obyektidir, amma hələ ki, hökumət, nazirlər səviyyəsində müzakirə oluna bilər, bizə Milli Məclisə isə heç bir sənəd daxil olmayıb. Biz belə bir sənədin qəbul edilməsini istərdik, amma hesab edirəm ki, sənədin hazırlanmasına hazırlıq getsə də, yaxın zamanlarda bunun şahidi olmayacağıq”.

Millət vəkili bildirib ki, ümumiyyətlə, belə bir sənədin qəbulunu çoxdan arzulayır:

“Mütəmadi olaraq, həm maliyyə amnistisiyasının, həm də əmlak amnistisiyasının tətbibi ilə bağlı Milli Məclisdə fikirlərimizi bildirmişik. Çünki Azərbaycanın xaricdə kifayət qədər vəsaiti var, o cümlədən də xaricdə alınan əmlakların sayı kifayət qədərdir. Qanun olmalıdır və orada konkret göstərilməlidir ki, həmin əmlaklar necə istifadə oluna bilər. Bu, ciddi bir qanundur, tez bir zamanda qəbul edilməsini istəsək və bu barədə danışıqlar getsə də, hələ ki, Milli Məclisə sənəd daxil olmayıb”.

Qeyd edək ki, digər millət vəkili Fazil Mustafa da Cebhe.info-ya açıqlamasında məsələ ilə bağlı mövqeyini bildirib:

“Amnistiya aktı çox ciddi sənəddir. Müxtəlif versiyalar olmalıdır, bununla gərək tanış olaq. Hər halda, müsbət məsələdir. O baxımdan ki, əvvəllər hansısa maliyyə məsələsinə, yaxud mənbəyi bəlli olmayan yollarla vəsait əldə etmiş şəxslərin mənbəyi göstərə bilmədiyinə görə iqtisadi həyatda iştirak problemi vardı. Çox güman ki, buradan qaynaqlanan sənəd ola bilər”.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ