hemle

2023-cü il Ümummilli lider Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir

Tarix:20-09-2023, 10:30
Baxış Sayı:108

18-19 sentyabr 2023-cü il tarixlərində "Turan" vətəndaş Cəmiyyətinə Yardım ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilstlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qızların təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili" layihəsində nəzərdə tutulmuş seminarları Sabirabad şəhəri N.Nərimanov adına 2 saylı məktəb- lisey və Sabirabad rayon O.Mirzəyev adına Qaratəpə kənd tam orta məktəbində keçirdi.

Tədbiri giriş sözü ilə layihə rəhbəri Yaqub Babayev açaraq bildirdi ki, 2023-cü il Ümummilli lider Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Bu məqsədlə Cənab Prezidentimiz tərəfindən bu il Heydər Əliyev ili elan olunmuşdur.Odur ki,Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyünün qorunmasında canlarını qurban vermiş Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbir seminar xarakterli olmuşdur. Təbirdə həmin məktəblərdə təhsil alan 30 nəfər qızlar iştirak etmişdir. Seminarda Azərbaycan Rsepublikasının Təhsil haqqında Qanunu, şagird davranış qaydaları haqqında, təhsildən yayınma halları və bu hal baş verdikdən sonra gələcəkdə qız uşaqlarının hansı sosial problemlərlə üzləşəcəyi barədə geniş məlumat verildi.

Tədbirlərdə hər iki məktəbin pedoqogi kollektivi iştirak etmişdir. Qaratəpə kənd orta məktəbin dorektoru Gülnar Hüseynova çıxış edərək Vətındaş Cəmiyyəti institutlarının daima məktəblərin yanında olduğunu vurğuladı.Çıxışında Agentliyin Müşahidə Şurasına Və Agentliyin icraçı direktorua və əməkdaşlarına öz dərin təşəkkürünü və minnətdarlığını bildirdi. Sonda hər iki məktəbdə xatirə şəkulləri çəkildi.




Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...