hemle

Separatçılar ağ bayraq qaldırdı - Yevlaxda görüşə razılaşdılar

Tarix:20-09-2023, 13:29
Baxış Sayı:3 102

Separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.

Bu barədə erməniyönümlü KİV mənbələrə istinadən məlumat veriblər.

Bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə sentyabrın 20-si saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirlərinin tam dayandırılması barədə razılıq əldə olunub.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin qalan hissələrinin və hərbi qulluqçularının Rusiya sülhməramlı kontingentinin yerləşdirilmə zonasından çıxarılması və erməni silahlı birləşmələrinin buraxılması və tam tərksilah edilməsi barədə razılıq əldə edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar verdiyi bəyanatda ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, - deyə Prezident Administrasiyasının açıqlamasında qeyd olunub.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı