hemle

Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub

Tarix:11-09-2023, 16:20
Baxış Sayı:58

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub.

Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 83 maddədən ibarətdir. Məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq.

Məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.

Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsinin ictimai dinləməsi keçiriləcək. Dinləməyə bütün maraqlı tərəflərin nümayəndələri dəvət olunacaq.

Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisin saytında dərc edilib. Layihə ilə aşağıda göstərilən keçiddən istifadə edərək tanış olmaq olar.

https://www.meclis.gov.az/news-layihe.php?id=2129&lang=az&par=0

Digər xəbərlər
10:20 Beynimiz niyə sürətlə qocalır? - ƏSAS ƏLAMƏTLƏR
10:07 Pakistanda bazarda partlayış - Ölənlər və yaralananlar var
10:05 Həftənin ilk günü hava necə olacaq? - Proqnoz
10:01 Havanın çirklənməsi epilepsiya riskini artırır
09:59 Yadplanetlilərlə bağlı YENİ İDDİA - “Onlar güclüdürlər, lakin...”
09:56 Məşhur brauzerdə təhlükəli KRİTİK BOŞLUQ - Hesablar oğurlanır
21:26 Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
21:22 Süni intellekt 3D modellərdə teksturanı "hiss etməyi" öyrəndi