hemle

Milli Məclisdə Laçın yolundakı vəziyyət müzakirə edildi

Tarix:6-09-2023, 18:10
Baxış Sayı:63

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclasında Laçın yolundakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Komitə sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistan ərzaq məsələsini Azərbaycana qarşı bir alətə çevirib:

"Əslində, burada heç bir problem yoxdur, sadəcə siyasətə çeviriblər. Siyasi oyunbazlıqla məşğuldurlar. Bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz. Orada yaşayan ermənilərin hər hansı ərzaq problemi yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmaq üçün müəyyən dövlətlərin, təşkilatların təzyiqi ilə belə davranırlar ki, bu məsələ uzansın, müqavilə imzalanmasın. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan regionda təhlükəsizlik arxitekturasının yaranmasında maraqlı deyil".

Sonra çıxış edən komitə üzvləri Elman Məmmədov, Hikmət Məmmədov, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev, Kamal Cəfərov məsələ barədə fikirlərini açıqlayıblar.

Digər xəbərlər
10:20 Beynimiz niyə sürətlə qocalır? - ƏSAS ƏLAMƏTLƏR
10:07 Pakistanda bazarda partlayış - Ölənlər və yaralananlar var
10:05 Həftənin ilk günü hava necə olacaq? - Proqnoz
10:01 Havanın çirklənməsi epilepsiya riskini artırır
09:59 Yadplanetlilərlə bağlı YENİ İDDİA - “Onlar güclüdürlər, lakin...”
09:56 Məşhur brauzerdə təhlükəli KRİTİK BOŞLUQ - Hesablar oğurlanır
21:26 Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
21:22 Süni intellekt 3D modellərdə teksturanı "hiss etməyi" öyrəndi