hemle

Sürücülərin NƏZƏRİNƏ: Neftçilər prospektində hərəkət məhdudlaşdırılacaq

Tarix:30-08-2023, 10:49
Baxış Sayı:61

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinə qədər olan hissəsində yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri icra edəcək.

Bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq işlər gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq. Belə ki, üfüqi nişanlanma xətlərinin çəkilişi bu gün saat 10:00-dan 16:00-a qədər və saat 23:00-dan sabah saat 05:00-a qədər davam edəcək. Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

İşlər yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə aparılacaq.

Digər xəbərlər
15:55 "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin mövcud fəaliyyəti ilə bağlı hüquqi və peşəkar legitimlik məsələsi
10:07 "ChatGPT" necə işləyir? - Süni intellektin insan kimi danışmasının sirri
10:00 "Sosial yardım" adıyla DƏLƏDUZLUQ: DSMF-dən vətəndaşlara XƏBƏRDARLIQ
09:57 Kor olandan sonra "görməyə" başlayan Vanqa SSRİ rəhbərinə nə demişdi?
09:53 Çindən dünyaya səs salacaq sənəd: COVID-19-un ilk izi ABŞ-də tapılıb
09:49 Eksperiment şüurun beyində harada yerləşdiyini göstərdi
09:46 "Skype" bu tarixdə bağlanacaq
09:20 Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında iştirak etdilər