hemle

Priqojin hara uçurmuş?

Tarix:24-08-2023, 11:00
Baxış Sayı:83

Məlum olduğu kimi, dünən “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində 10 nəfər həlak olub. Onlar arasında Y. Priqojinin də olduğu bildirilir.

hemlemedia.az Rusiya mediasına istinadən xəbər verir ki, “Embraer ERJ-135BJ Legacy 600” tipli təyyarə paytaxt Moskvanın Şeremyetovo hava limanından Sank-Peterburqa uçurmuş.

Təyyarənin biznes daşımalar üzrə fəaliyyət göstərən “MNT-Aero” şirkətinə məxsus olduğu bildirilir.

“Flightradar” aviasiya xidməti təyyarənin uçuş xronologiyasını təqdim edib. Məlumata görə, təyyarə 17:46-da uçuşla bağlı məlumat verməyə başlayıb, 18:10-da isə təqribən 8,5 kilometr hündürlüyə qalxıb və bu vəziyyətdə 9 dəqiqə uçub. Bunun ardınca qəfil enmə başlayıb və təyyarə ilə əlaqə kəsilib. Bildirilir ki, təyyarə 30 saniyə ərzində 2,4 kilometr enib, bir neçə saniyə hündürlüyü saxlayıb, bunun ardınca isə enməyə başlayıb və qəzaya uğrayıb.

Qəzadan dərhal sonra Priqojinin daha bir təyyarəsinin Moskva səmasında olduğu barədə məlumat yayılıb. “Flightradar”ın məlumatına görə, təyyarənin qəzaya uğraması barədə məlumat yayıldıqdan sonra sözügedən ikinci təyyarənin havada qeyri-adi hərəkətlər etməyə başladığı müşahidə edilib. Belə ki, təyyarə havada ziqzaqvari hərəkətlər edib, elə təəssürat yaranıb ki, sanki ekipaj hansı istiqamətə uçmalı olduğunu bilməyib.

Moskva vaxtı ilə 21:00-da isə Priqojinin ikinci təyyarəsinin Moskvanın Ostafyovo aeroportunda yerə endiyi bildirilir. Onun da, həmçinin Peterburq istiqamətində getdiyi iddia olunur.
“Readovka”nın məlumatına görə isə, Priqojin qəzaya uğrayan təyyarəni hava limanlarına uçuş üçün istifadə edib.

Qeyd edək ki, “Al-Jazeera” telekanalı öz mənbələrinə istinadən hadisə yerində Priqojinin mobil telefonunun aşkar ediliyini yazıb.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ