hemle

Sumqayıt təhsil işçiləri adından Prezidentə müraciət

Tarix:6-05-2020, 08:59
Baxış Sayı:418

Möhtərəm cənab Prezident!
Ulu öndər Heydər Əliyevin xalqımızın imzasını imzalar içinə atmasından sonra bu imzanın seçilməsini,hörmətlə yanaşılmasını təmin edən Ali Baş Komandan!
Sizə təşəkkür dolu bu məktubu Xəzərin mavi sularının qoynuna aldığı,70 yaşlı qocaman və eyni zamanda gənc,gözəl bulvarın,parkların,təmirli küçə və prospektlərin,binaların məkanı,zəhmətkeş,mehriban insanların evi və nəhayət, Sizin daimi diqqət və qayğınızla əhatə olunan Sumqayıt şəhərinin təhsil ailəsi yazır.
Cənab Prezident!
Dünyanı bürüyən COVİD-19 pandemiyası çox təəssüf ki,sərhədləri aşaraq Vətənimizə də gəlib çatdı.Kütləvi informasiya vasitələrindən izlədiyimiz bu xəstəlik artıq qapımızdadır.Lakin sizin çevik,uzaqgörən qərarlarınız,önləyici tədbirləriniz insanları yaxıb – yıxan bu epidemiyanın ölkəmizdə böyük itkilər vermədən qarşısının alınmasında əvəzedilməz rol oynadı.
Bir sumqayıtlı kimi belə gərgin məqamda Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin,Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında şəxsən iştirak etməniz bizə qürur verdi.
Zati – aliləri!
Sizə təşəkkürümüz sonsuzdur.Təşəkkür edirik!Təşəkkür edirik ki, aztəminatlı,pandemiya dövründə işlərin dayandırılması ilə əlaqədar sosial çətinliklə üzbəüz qalmaq təhlükəsi yaşayan insanlara ödənişlər,maddi yardımların edilməsinə,65 yaşdan yuxarı bir qrup məhkumun əfvinə, tədris prosesinin dayandırılmasına baxmayaraq,bizim kimi minlərlə müəllimin əmək haqlarının vaxtında ödənilməsinə,sahibkarlara öz işçilərini ixtisar etməməsinə,məktəb binalarının,xəstəxanaların tikintisinin davam etdirilməsinə göstəriş və sərəncam verdiniz,Koronavirusla Mübarizəyə Dəstək Fondunu təsis edib,”lider nümunə olar” ideyasını bir daha təsdiq edərək bir illik əmək haqqınızı bu fonda ianə etdiniz,ən nəhayət, yorğunluq bilmədən hər bir vətəndaşın yanında oldunuz.
Cənab Prezident!
Əmin olun ki,fikir və ideyalarınızı dəstəkləyəcək,göstəriş və tapşırıqlarınızı qeyd-şərtsiz yerinə yetirəcək,müsəlləh bir əsgər kimi hər zaman sizin yanınızda olacağıq və əsla unutmayacağıq ki,biz birlikdə güclüyük.
Allah sizə yar olsun!
Böyük hörmət və ehtiramla,
Sumqayıt şəhər sakini,müəllim
Pərvanə Sədul qızı Ramazanova.
03.05.2020-ci il

Hörmətli cənab Prezident!
Bu gün dünya koronavirus pandemiyasının yaratdığı problemlər, böhranlar ilə üz-üzə qalıb. COVID-19 pandemiyası ən inkişaf etmiş ölkələri belə çətin və acınacaqlı vəziyyətə salıb. Bəşəriyyəti lərzəyə salan bu bəla Azərbaycandan da yan keçmədi. Belə bir ağır, fövqəladə vəziyyətdə verdiyiniz düzgün qərarlar, gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Dövlətimizin bütün imkanları epidemiyanın qarşısının alınmasına və fəsadların aradan qaldırılmasına yönəldildi. Görülən bütün bu tədbirlər xalqımızı xəstəliyin acı nəticələrindən qorudu. Məktəblərdə təhsilin dayandırılması, sərhədlərin vaxtında bağlanması, müasir tipli yeni xəstəxananın istifadəyə verilməsi, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, aztəminatlı ailələrə sosial müavinət və yardımların ayrılması, ən əsası isə mənəvi dəstəyiniz, “Biz birlikdə güclüyük!” kimi müdrik çağırışınız bu vəziyyətdən ən az itki ilə çıxmağımızla nəticələndi.
Cənab Prezident, görülən bütün bu işlər sübut etdi ki, dövlət başçısı kimi Sizin üçün hər şeydən vacib xalqın sağlamlığının qorunmasıdır.
Hörmətli cənab Prezident, xalqa sahib çıxdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm. Bu ölkənin vətəndaşları da Sizin müdrik və uzaqgörən siyasətinizi həmişə dəstəkləyir və daim arxanızdadırlar. Var olun!
Hörmətlə,
Rəşidova Esmira Xankişi qızı, İ.Qayıbov adına 1 № tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri

Digər xəbərlər
09:05 Vətən müharibəsinin 32-ci günü: Zəngilan, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edilir
09:01 Dünya səyyahlarının Xudafərin körpüsünə səfəri başladı
08:36 Ermənistan hərbi cinayətkarları ədalət məhkəməsinə verməlidir - Hikmət Hacıyev
08:34 Bu şəxslər 60 manat cərimələnəcək
08:32 Hakerlərin əli kosmik peyklərə də çatdı - Xüsusi təhlükə ELAN EDİLDİ
08:30 Zurabişvili seçkilərin nəticələrini tanımaqdan İMTİNA ETDİ
08:27 Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞDİ - VİDEO
08:24 Dünyanın ən güclü orduları - Siyahıda Azərbaycan da var