hemle

Qusarda istirahət mərkəzində zəhərlənmə - Yenilənib

Tarix:17-08-2023, 16:53
Baxış Sayı:107

Qusarda istirahət mərkəzində zəhərlənmə qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə Qusar rayonunun Caqar kəndində qeydə alınıb.

“Belə ki, baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər (3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir”.

İlkin məlumata görə, hadisə “Park Qusar” istirahət mərkəzində qeydə alınıb.

***
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.

“Qusar rayonunda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı mütəxəssislər və müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir