hemle

VARİKOZ XƏSTƏLİYİNİN 6 GİZLİ SİMPTOMU

Tarix:6-05-2020, 08:15
Baxış Sayı:442

Varikoz xəstəliyi ilk növbədə ayaqlarda göy, şişmiş, genişlənmiş damarlarla assosiasiya olunur. Lakin bu simptomlar xəstəliyin daha gecikmiş mərhələlərində əmələ gəlir.

Əvvəl varikozun ilkin simptomları yaranır. Lakin bir çox insanlar bu simptomlara fikir vermir və ya onları yorğunluq, narahat ayaqqabı və s. kimi səbəblərlə izah edir.

ONN media sizə varikozun ilkin simptomları ilə tanış edir. Sizdə bu simptomlar varsa, vaxt itirmdən fleboloqa müraciət edin. İstənilən digər xəstəlik kimi varikoz da ilkin mərhələlərdə daha asan müalicə olunur.

Beləliklə, varikozun ilin simptomları bunlardır:

1. Baldırlarda qaşınma və göynəmə hissi qan dövranının pozulması nəticəsində toxumalarda toksinlər, ziyanlı maddələr toplanmağa başlayır. Bu da qaşınmaya, dərinin nazilməsi və soyulmasına səbəb olur.

2. Əzələlərdə qıcolmalar. Qıcolmalar əsasən gecə saatlarında xəstəni narahat edir.

3. Ayaqların dərisinin ağarması, dərinin üzərində tünd ləkələr. Bu da çox təhlükəli simptomlardır və damarların keçiriciliyinin pozulmasına işarə edir.

4. Ayaqlarda ağrılar. Belə ağrılar əvvəl uzun müddət ərzində eyni vəziyyətdə qaldıqda inkişaf edir və tez keçir. Daha sonra isə hətta az müddət ərzində ayaq üstə dayananda əmələ gəlir və uzun çəkir.

5. Ayaqlarda keyimə hissi

6. Ödemlər (şişkinlik).Damar qapaqlarının pis işləməsi nəticəsində toxumalarda maye yığılmağa başlayır. Bunun nəticəsində də axşamlar və xüsusilə isti havada ayaqlar şişir. (Saglamolun.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
12:56 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
12:50 Alimlərdən qorxunc proqnoz - Həmin gün Xəzərdə...
12:47 Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır
12:42 Temperatur artır - Sabah 32 dərəcə isti olacaq
12:36 Lavrovdan amerikalı jurnalistə istehza: Prezidentə inanmırsan?
12:30 DİN vətəndaşlara çağırış etdi
10:05 Maaşlarla bağlı YENİLİK - Vətəndaşlar istənilən bankdan...
10:01 ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ