hemle

Ərdəbil Mədəniyyəti, Toponimiyası və Savalan Oronimi haqda

Tarix:5-05-2020, 20:47
Baxış Sayı:1 189

Yazar: Kiyumərs İslami

Azərbaycanın ilkin şəhərlərindən, tarixən önəmli yerə malik olan və mədəniyyətimizin ocaqlarından sayılan şəhərlərdən biri Ərdəbil şəhəri dir. Əskidən bir çox türk boylarının o cümlədən ; Subarlar, Xəzərlər, Sakalar, Sakasenalar, Arsaqlar (Ərşəq, Əşkani), Kolani (Golan, Colan) və s. Yaşayış məskənləri İlkin və ya İkinci yurdları olmuşdur.

Ucalıq, əyilməzlik rəmzi - Savalan dağı... » Karabakhmedia.Az
Bu araşdırmada Ərdəbilin Mədəniyyəti və Toponimiyası haqda qaynaqlar üzrə çalışılmışdır.

Ərdəbil Özünün Xalı, Xalça, İpək və başqa məhsulları ilə dünya səviyyəsində şöhrət qazanmışdır. Dəfələrcə başqa ölkələrdə Ərdəbil Xalçaları sərgiyə qoyulmuş və böyük uğurlar qazanıb, eləcədə tarixən tanınmağa başlamışdır. 2018-ci İlin 26 Yanvar ayında Azərtac sitəsində «Azərbaycanın ən məşhur və dünyanın ən uzun xalçası, Ərdəbil və Şıx Səfi xalçası olduğunu və Los-angeles muzeyində incəsənət dairəsində sərgiləndiyini qeyd etmişdir.» eləcədə 2019-cu ildə ingiltərənin başkəndi London da sərgiyə qoyulmuşdur.

Ticarət mərkəzi olan Ərdəbil Bazarı isə özəl memarlıq tərzdə tikilmişdir. Məşhur Şeyx Səfiəddin və Şah İsmail məqbərələri isə bu şəhərdə yerləşir. Ərdəbilin başqa tarixi abidələrinə gəldikdə, Cümə Məçidi və Cəbrayıl Məzarlığını qeyd etmək olar. Bu şəhərdə hələdə Arxeologiya qazıntıları və tədqiqatları irəli sürülmür, Ancaq Qafqaz-Albaniya türklərinin tarixi və mifologiyası haqda yazan Musa Kağanqatlı yazır ki «Ərdəbil ətrafında və germi şəhərində Alban türkləri üslubunda kökü min illərə dayanan əski məzar daşları aşkardır. Ancaq hələdə dəqiq araşdırma irəli sürülmür.

(Qeyd etmək lazımdır ki, Səfəvilər dövlətinin qurulduğu tarix mədəniyyət şurası tərəfindən «Ərdəbil milli günü» adlandırılmışdır).

Şeyx Səfi kitabxanasının talanması – GADTB
Ərdəbil bir çox turizm mərkəzlərinə də malik olaraq olumlu dərəcəyə sahibdir. örnək olaraq: Şəhərin 48 k.m məsafəsində Neor gölü, Şorabel sahilləri, Balıqlı Çayın sahilləri, Savalan Dağı və ətraf meşələr, Gür-Gür şələləsi, Sərein isi bulağı, Şəhərdə Şeyx Səfi türbəsi, Şeyx Əminəddin Cəbrayıl türbəsi, Qara Su, Yeddi göz, Şəhər çayı, Qədim bazar tikintisi, Şam əsbi, Karğan məzarlığı və S.

Ərdəbilin tarixi bir çox saxtakar tarix yazarlar tərəfindən Sasanilər dövrünə aid olduğunu yazırlar. Lakin, Ərdəbilin minilliklərə dayanan və sasanilərdən də daha əskiyə uzanan Türklərdə dayan kökü vardır. Sumerolog Muazzez ilmiyye çığ (Son sumer kraliçası sanlı) yazdığına görə, Orta asyada tapılmış sumer tabletləri üzərində Ərdəbilin adı Dağ belində yaşayan insanlar kimi və türkcə ilginc və kökü türkcə olan adlar və ərdəbilin adında olan «Ta» dağ kimi gəlmişdir.

Ərdəbilin adında duran üç söz vardır. onlar; «Ər,ar» (Kişi, İnsan, İgid), «Ta,Tav» (Dağ) və «Bel» (Bel, Kəmər) sözlərdilər ki kökü türkcə olan sözlərdir və bugündə türkcəmizdə işləkdirlər.Belə ki, aydın olduğu kimi türkcəmizdə, Ər,Ar, Er sözü Kişi, İnsan və İgid anlamındadır. İkinci variant isə Ta,Tav sözləridir ki, Əski türkcədə və Ünlü alim Mirəli Seyidovun «Azərbaycan mifil təfəkkürünün qaynaqları» adlı monoqrafiyasında yazdığına görə, Dağ sözü Ta,Da, Tav (Ala tav), Tau, Tay (Altay kimi) variantlarla türkcəmizdə işləkdir. Bu baxımla Ərdəbil «Dağ belində və ya ətəyin yaşayan insanlar və igitlər» anlamına gəlməkdədir.

Toponimiya və Oranomiya (dağ,dərə) adlarından məlum olduğu kimi Yerin və cəmiətin çox əski çağlarda Atla bağlı yaşadıqları və inancları varmış. Buna ən böyük fakt isə Savalan (səblan) dağı, həmən dağda yerləşən At gölü, Dağın ətəyinda olan Şam Əsbi kəndi və məhləsi, Sultan savalan gölü ilə bağlı At əfsanəsi və S. ki bu araşdırmada açıqlayacayıq.

Bir sıra Savalanın adını belə açıqlayırlar ki, Dağ iki Sav və Alan sözylə bölünərək Vəhy alan anlamında və zərdüştlüklə bağlayırlar. Lakin, Azərbaycanın zərdüştlüklə heç bir ilgisi olmayıb. farslar arasında zərdüştlük olduğu çağ Azərbaycanda Tək Tanrıçılıq vardır. Hətta dağın adı zərdüştlükdən daha öncələrə aiddir. Bu fikir həmən o saxtakarların fikridir ki, Ərdəbilin tarixin Sasanilərə bağlayırlar. Bu qonuda Biraz açıqlama verək;

Bu gün ölkəmizdə bir çoxlarında belə bir yanlış təsəvvür var ki, guya ulu babalarımız atəşpərəst olmuşlar. Zərdüştü azərbaycanlı sayanlar və hətta onun dininin guya qədim türk dini olduğunu iddia edənlər də var. Halbuki, atanın öz doğma qızı, ananın öz doğma oğlu, qardaşın öz doğma bacısı ilə evlənməsini təşviq edən və türklərə nifrət hissi aşılayan bu dinin nə türklərlə, nə də Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bunu iddia etmək həm uca türk millətinə, həm də doğma Azərbaycanımıza ən böyük iftira və təhqirdir.

Foto: Ərdəbil.Xalxal
Musa Kolankatlının yazdığına görə, fars – Sasani şahı Yəzdəgirdin Albaniya və Ərməniyyədə zorla atəşpərəstliyi yaymağa çalışması bu ölkələrin əhalisi tərəfindən böyük təpgi ilə qarşılanmış və farslar niyyətlərinə çata bilməmişdilər. Eyni müəllifin yazdıqlarından belə məlum olur ki, massagetlər günəşə sitayiş edir, ona at qurbanı kəsirdilər. Antik müəlliflər isə albanların xristianlıqdan öncə göy cisimlərinə sitayiş etdiklərini qeyd etmişlər. Saklara gəlincə isə, Daranın Bisitun kitabəsindən bu türk xalqının zərdüştülərin baş tanrısı Ahura Məzdaya hörmət etmədikləri, yəni atəşpərəst olmadıqları açıq şəkildə bildirilməkdədir:

“Saklar qəsbkar idilər, Ahura Məzdaya hörmət etmirdilər. Mənsə Ahura Məzdaya hörmət edirdim və Ahura Məzdanın yardımı ilə onlarla istədiyim kimi davrandım.”

Eyni kitabədə yazılanlardan o da məlum olur ki, Midiyada fars hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata atəşpərəst məbədlərini dağıtmaqla məşğul idi. Bir sözlə, Azərbaycanın qədim türk mənşəli sakinlərinin, maqlar (miklər, muğlar) istisna olmaqla, zərdüşti, yəni atəşpərəst olduqlarını təsdiq edəcək bircə dənə də mənbə yoxdur. Əksinə, əldə olan bütün yazılı mənbələr ulu babalarımızın farsların yalançı peyğəmbərinə və şeytani dininə qarşı şiddətlə müxalifət etdiklərini sübut edir (Bəxtiyar tuncay, 2014).

Yazar həmən yazıda gətirir ki, Bəzi folklorşünas alimlər nağıllarımızda rast gəlinən və “Avesta” süjetləri ilə səsləşən bəzi motivlərdə, ilk növbədə də div surətlərində zərdüştiliyin təsirini görürlər və onlar qismən haqlıdırlar. Fəqət bu təsir bəzilərinin düşündüyü kimi birbaşa “Avesta” ilə bağlı deyildır. Ümumiyyətlə, istər Azərbaycan folklorunda istərsə də bədii yaradıcılığında sezilən və zərdüştiliklə səsləşən motiv və süjetlərin “Avesta” və zərdüştiliklə birbaşa bağlılığı yoxdur. Bütün bu motiv və süjetlər Azərbaycan ədəbiyyatında fars şairi Əbülqasim Firdovsinin “Şahnamə”sinin təsiri ilə ortaya çıxmışdır.

Təsadüfi deyil ki, nə şifahi, nə də yazılı ədəbiyyatımızda “Avesta terminologiyasına daxil olan bircə dənə də olsun söz və ifadəyə rast gəlinməmişdir. Ədəbiyyatımızda rast gəlinən və zərdüştiliklə bu və ya digər dərəcədə bağlı olan məfhumların hamısı yeni fars dilinin, başqa sözlə, “Şahnamə”nin qələmə alındığı dilin nümunələridir.

İndi isə Savalanın adını Dilçilik və inancla bağlı və araşdırmacı Yengi Ögə’ nin araşdırmasına istinadən açıqlama verək;

SAVALAN “ ( əski türkcə ilə desək SABALAN _ qədim türk dilində “ V “ hərfi olmamışdır ) sözü qədim türklərdə at heyvanının müəyyən növünə deyilirmiş. Bu söz “ SAB “ ismi və heyvan bildirən “ LAN “ şəkilçisindən ibarətdir. “ SAB “ sözünün etimologiyasını tam mənada təyin etmək bir az çətin gorünür lakin muqayisə yolu ilə onu türk sözü kimi qebul edə bilərik .

Həmin söz qədim Azərbaycan xalqının etnogenində dayanan türk mənşəli MAD xalqının dilində SAPA yaxud ASPA şekilinde işlenmişdir. Bu söz sonralar Parsların (farsların) dilinə keçərək onların mıxı yazılarında “ ASA “ və Avesta kitabinda ASPA formasinda yazılmışdır. Həmçinin xatırlatmalıyam ki, qədim orta Asiya skiflərinin dilində ASPA sözü işlənirmiş . Hemin sözün başqa variantlari iki türk mənşəli qədim etnosun yanı SABAR – ların və AZ (as)ların adlarında müşahidə olunur.

Xatırlatmalıyam qədim türklərin məişetində at heyvanı həddindən artıq rol oynayırmış bu səbəbden türk dilinde həmin heyvanın çeşidlərini bir-birindən ayırmaq üçün qırxa yaxın söz mövcuddur (ərəb xalqlarının dilində dəvə heyvanının muxtelif adlara malik olduğu kimi ) onlar hamısı at heyvanını bildirir.

On əsr əvvəl yaşamış böyük türk dilçi alimi Mahmud Kaşğəri öz dəyərli əsəri olan Divani-luğati-türk kitabinda SEB yaxud SEP sözünü açıqlarkən onu iki yaşına çatmış at balası məna edir . Daha sonra həmin sözün iştiraki ilə SEPAQOR (SEP AQORI) sözünü gətirib və atın yem torbası kimi izah edir. Bu söz indi Güney Azərbaycanın Səhənd ətrafı kəndlərində SEPAXUR kimi danışıqda işlənir həmçinin SEB sözü SIPA kimi işlənməkdədir.

SABALAN sözünün ikinci hissesi yanı “LAN “ sözcüyünə gəldikdə , qədim türk dilində bir çox başqa heyvan adlarında iştirak edən şəkilçilər kimi çox. işlək olmuşdur. LAN sözcüyünün ALAN (düz, açıq və geniş yer- mənasında) sözü ilə heç əlaqəsi yoxdur hərçənd ki, bəzi yer adlarının tərkibində iştirak edir. Indi isə ” LAN “ şəkilçisi ilə bitən bəzi heyvan adlarını xaıirladaq :

As.lan – Ars.lan , Bors.lan (bəbir) , Kap.lan (pələng) , Pax.lan ( flaminqo) , Cey.lan ( ceyran) , Qu.lan ( vəhşi eşşək) , Sırt.lan (kaftar) , Yi.lan (ilan) , Bo.lan ( bir növ yırtıcı heyvan) , Lüi.lan (ejdaha) , və nəhayət Saba.lan …

Həmin dağın “ SABALAN “ yaxud deyilişdəki kimi “SAVALAN “ ( at heyvanı ) adlanması muxtəlif səbəblərlə izah edilə bilər . Həmin dağın ətəklərində bir çox qədim türk tayfalarına bağlı əhalı yaşamaqdadır. Onların arasında bu dağ haqqında bir əfsanə dolaşmaqdadır. Deyilənlərə görə həmin dağda mövcüd olan göldən ildə bir kərə bir at çıxıb kişnəyərək öz sahibini axtarar lakin onu tapa bilmədiyi üçün yenə həmin gölə qayıdar…

Hər bir əfsanə yaxud əsatir ( mif ) özündə bir tarixi hadisəni əks etdirir.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı