hemle

Əliyev onlara nəzakətlə qapını göstərdi - Keryan

Tarix:4-08-2023, 12:57
Baxış Sayı:112

Əliyev onlara nəzakətlə qapını göstərdi - Keryan


Baş nazir Nikol Paşinyan son müsahibəsində (“Avronyus”a müsahibə nəzərdə tutulur – red.) etiraf etdi ki, Ermənistanın demokratik olması hələ bizə kömək etməyib.

Bu sözləri erməni politoloq Qarik Keryan deyib.

“Ermənistan rəhbərliyi uzun müddətdir deyir ki, bizdə demokratiya var, bu, bizim brendimizdir və bu, təhlükəsizliyimizi təmin edir, lakin “Avronyus”a müsahibəsində Paşinyan mahiyyətcə bunun zəmanət olmadığını etiraf edib”, - o bildirib.

Keryanın sözlərinə görə, 44 günlük müharibə zamanı hərbi-siyasi tərəfdaş kimi “öhdəlikləri yerinə yetirə bilməyən” Rusiyaya qarşı ittihamlar fonunda Ermənistanın xarici siyasət vektoru Qərbə doğru açıq şəkildə meyillənirdi:

“Əsas yenilik odur ki, indiyə qədər, ən azı rəsmi olaraq, biz Baş nazir Paşinyandan Qərb ilə bağlı müəyyən narazılıqlar, həyata keçməmiş istəklər barədə nəsə eşitməmişik. Bu dəfə onun sözlərində aydın şəkildə tənqidi yanaşma görünürdü. Yenilik bunda idi. Bütün digər məsələlərlə bağlı isə artıq gündəlik media sahəsində mövcud olan və ən azı iki ildir eşitdiyimiz tezislər, fikirlər və narahatlıqlar səsləndirildi”.

Ekspert bildirib ki, Baş nazir Paşinyanın “Avronyus”a müsahibəsini Brüsselə şikayət mesajını bu cür ümumiləşdirmək olar: “Biz görürük ki, siz hərəkətsizsiniz, neytralsınız, sözdən əmələ keçmirsiniz”.

Keryan vurğulayıb ki, ATƏT-in Misnk Qrupunun fəaliyyət göstərməsi üçün Bakının da razılığı lazımdır:

“44 günlük müharibədən sonra Minsk Qrupu fəaliyyətə başlamışdı. Ancaq Azərbaycan Prezidenti müharibənin bitdiyini, artıq Minsk Qrupunun görəcəyi heç bir iş olmadığını bildirərək, nəzakətlə onlara qapını göstərdi”.

Axar.az

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ