hemle

ŞİMALİ KİPR TÜRK RESPUBLİKASINDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM GÖSTƏRİLDİ

Tarix:4-05-2020, 22:56
Baxış Sayı:573

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) birgə təşkilatçılığı ilə Şimali Kiprdə yaşayan azərbaycanılara yardım edilib.

AKDC-nin sədri Orxan Həsənoğlunun ONN media -ya verdiyi məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən Şimali Kiprdə martın 12-dən etibarən karantin elan olunub.

Bu səbəbdən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti öz ailə üzvləri ilə Kiprdə yaşayan və iş yerlərini itirən, müvəqqəti maddi çətinlik çəkən soydaşlarımızın və adada təhsil alan ehtiyac içində qalan tələbələrimizin sayını araşdıraraq, bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ünvanlayıb. Müraciətə operativ cavab verən komitə rəhbərliyi Azərbaycan-Kipr Dostluq Cəmiyyətinə həyata keçirdiyi yardımların davam etdirilməsi üçün maddi yardım göndərib. Nəticədə bu günə qədər Şimali Kiprdə ehtiyacı olan 20-dən çox soydaşımız yataqxana ilə təmin edilib. Universitetlərdə təhsil alan ehtiyac içərisində olan 60 tələbəmizə, həmçinin ailədə ən azı 1 övladı olan 42 azərbaycanlı ailəyə ərzaq və maddi yardım göstərilib.

Orxan Həsənoğlu deyib: “Bu günə qədər Azərbaycan cəmiyyəti olaraq Şimali Kiprdə yaşayan soydaşlarımızın daim yanında olmuşuq. Bu çətin günlərdə də onları dəstəkləməyə çalışırıq. Soydaşlarımızın bəzilərini evində ziyarət edir, ehtiyaclarını qarşılayır və problemlərini dinləyib kömək edirik. Vətəndaşlarımız bütün ölkələrdə olduğu kimi Şimali Kiprdəki soydaşlarımıza göstərilən diqqət və qayğıya görə, dövlətimizdən sonsuz razılıqlarını ifadə edir, Prezident İlham Əliyevə səmimi minnətdarlıq ünvanlayırlar”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir