hemle

Niger hərbçiləri Prezidenti vəzifəsindən kənarlaşdırdı

Tarix:27-07-2023, 09:50
Baxış Sayı:396

Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib.

Bu barədə “Reuters” agentliyi hərbçilərin milli televiziyanın efirində səsləndirdiyi bəyanata istinadən bildirib.

“Ölkə sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir”, - agentlik hərbçilərin sözlərini sitat gətirir.

Onlar, həmçinin ölkədə bütün müəssisələrin bağlandığını elan edib.

Hərbçilər hakimiyyətdən uzaqlaşdırılan şəxslərin fiziki toxunulmazlıqlarının təmin ediləcəyini bəyan ediblər.
Qiyamçılar əlavə ediblər ki, təhlükəsizliyin, iqtisadi və sosial vəziyyətin pisləşməsi səbəbindən bu sistemə son qoymağa qərar veriblər.

Ümummilli komendant saatı 19:00-dan 05:00-dək tətbiq edilir.

Digər xəbərlər
12:21 Bu məhsul bütün rəflərdən yığışdırıldı - Tərkibində ölümcül bakteriya var
12:19 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
12:17 Sabah 31 dərəcə isti olacaq
12:09 Leyla və Arzu Əliyevaların iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirildi
12:06 Ordumuzun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutuldu
09:11 Pakistan Hindistana cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başlayıb
09:09 Hind şirkətləri Azərbaycana tur paketlərin satışını DAYANDIRDI
09:07 Müharibəyə başlamaqdan başqa seçim yoxdur - Pakistanın müdafiə naziri