hemle

Polşa mediası yazır ki, "Qarabağ" kabusu qayıdır - Gözəl

Tarix:20-07-2023, 08:16
Baxış Sayı:129

Bu gün öz meydançamızda, eyni zamanda sərin havada çox gözəl oyun keçdi. Bəhlulun qolu Avropa futbolu keyfiyyətində bir qol idi.

Bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Cəbəllütariq təmsilçisi “Linkoln”la oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Klub rəhbəri II təsnifat mərhələsində rəqibləri olan Polşanın "Rakuv" komandası haqqında da danışıb:

"Daha əvvəl üç dəfə bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişik. Artıq Avropada zəif klub yoxdur. Bu qitədə mindən çox komanda var və onların arasında ən yaxşıları bu turnirdə mübarizə aparır. Rəqibimiz güclüdür. Polşa mətbuatı yazır ki, "Qarabağ" kabusu qayıdır. Mən də səfərdəki oyunda olacağam. Bakıya qələbə ilə qayıtmaq niyyətindəyik".

Tahir Gözəl bu gün üçün transfer planlaşdırılmadığını diqqətə çatdırıb: "Kevin Medinanın Türkiyənin "Rizespor" klubuna keçidi baş tutarsa, onun yerinə oyunçu ala bilərik. Yerli klubların güclənməsi də bizi sevindirir. Onların qarşısında daha güclü "Qarabağ" var. Avrokubokda bacardığımız qədər irəli getmək istəyirik".

Axar.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir