hemle

MAYDA 190 MANATI BELƏ ALACAQSINIZ

Tarix:4-05-2020, 12:22
Baxış Sayı:429

Prosesin gedişatına uyğun olaraq, may ayının 10-dan sonra birdəfəlik ödəmələrin (190 manat) ikinci ayının ödənişlərinin həyata keçirilməsi gözlənilir”.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. O bildirib ki, birinci ayın ödənişlərini almış şəxslərin adına bank hesabı açılaraq 190 manatlıq məbləğ bank kartlarına köçürüləcək:
“Artıq nazirlik tərəfindən banklara həmin vətəndaşlar üçün hesabların açılmasına dair sifariş olunub. Bu, vətəndaşlardan ödəniş tələb olunmadan həyata keçiriləcək. Banklar vətəndaşlar üçün bank hesabları açıb kartı əldə etdikdən sonra hər bir vətəndaşa məlumat göndərəcək və onları müvafiq bank filialına dəvət edəcək. Vətəndaş bank kartını götürəcək və o karta ikinci ayın ödənişi ediləcək”.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı