hemle

Bu gün MİQ üzrə sonuncu imtahanlar keçirilir

Tarix:15-07-2023, 09:29
Baxış Sayı:98

Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Modern.az-a bildirilib ki, bu gün imtahanlara texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə namizədlər dəvət olunub.

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Xatırladaq ki, riyaziyyat fənni üzrə 4400, fiziki tərbiyə və kimya fənləri üzrə 5430 namizəd, tarix və coğrafiya fənləri üzrə 6353, informatika, fizika və fransız dili fənləri üzrə 6627, ibtidai sinif müəllimliyi üzrə 11004, musiqi fənni üzrə isə 3255, Azərbaycan dili və ədəbiyyat üzrə 7187, Azərbaycan dili (rus bölməsi) üzrə 196, ingilis dili üzrə 5635, təsviri incəsənət fənnindən isə 1468 namizəd imtahanlarda iştirak edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir