hemle

NATO Rusiyanın hücumuna qarşı plan hazırlayıb

Tarix:13-07-2023, 20:02
Baxış Sayı:69

NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı müdafiə planları hazırlayıb. Onlar soyuq müharibənin bitməsindən bəri ən genişmiqyaslı hərbi planlardır.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Plana əsasən, NATO-nun Avropadakı Ali Baş Komandanı təhlükə yaranarsa, Alyansın strukturları ilə məsləhətləşmədən bəzi qərarlar qəbul edə biləcək. Bununla yanaşı, Avropada yüksək döyüş hazırlığına malik qüvvələrin sayı 300 min əsgər və zabitə qədər artacaq.

Həmçinin, şərq cinahı ölkələri Alyansdakı müttəfiqlərin döyüş qruplarına dəstək verəcək.
Almaniya ən mühüm logistika mərkəzinə çevriləcək. Bundan başqa, boru kəmərlərinin və digər kommunikasiyaların Rusiyanın mümkün təxribatından qorunmasını təmin etmək üçün əlavə tədbirlər görüləcək.

“NATO inadkar döyüşlərə tab gətirə bilən ağır silahlı birləşmələrini genişləndirəcək, həmçinin hava hücumundan müdafiə sistemlərini gücləndirəcək, uzaqmənzilli artilleriya və raket ehtiyatlarını artıracaq”, - deyə Şimali Atlantika Alyansının rəhbəri fikrini yekunlaşdırıb.

Mənbə: tsn.ua

Digər xəbərlər
22:56 Biz Türkiyə mediasından bunu gözləmirdik! - RƏSMİLƏR NİYƏ SUSUR?
22:53 ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin
22:50 Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var
22:46 Rusiyalı alimlər İrandan Azərbaycana təxliyə edildilər
22:19 SEPAH-ın kəşfiyyat rəisi və müavini ÖLDÜRÜLDÜ
22:16 Xameneiyini öldürəcəklər? - İranda rejimi dəyişdirmək planının şifrələri
09:23 İranın ümumilikdə 14 nüvə alimi öldürüldü
09:11 Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verildi