hemle

Zelenski növbəti dayanacağını açıqladı

Tarix:7-07-2023, 16:47
Baxış Sayı:66

Ukrayna prezidenti Volodimir Zelenski Şərqi Avropa turnesinin növbəti dayanacağının Slovakiya olacağını açıqlayıb.

O, teleqram kanalında Slovakiya rəhbərliyi ilə bir sıra danışıqlar aparmağa hazırlaşdığını qeyd edib.

“Növbəti dayanacağım Slovakiyadır. Bratislavada prezident Zuzana Çaputova, baş nazir Ludovit Odor, Milli Şuranın sədri Boris Kollar ilə mühüm görüşlər olacaq. Etibarlı qonşumuzla birlikdə konkret müdafiə dəstəyi və Ukraynanın Avro-Atlantik inteqrasiyasından danışacağıq”, - deyə Zelenski yazıb.

Qeyd edək ki, Zelenski Bolqarıstan, Çexiya, Türkiyə səfərlərindən sonra Slovakiyaya gedir.

Digər xəbərlər
09:11 Pakistan Hindistana cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başlayıb
09:09 Hind şirkətləri Azərbaycana tur paketlərin satışını DAYANDIRDI
09:07 Müharibəyə başlamaqdan başqa seçim yoxdur - Pakistanın müdafiə naziri
09:05 İqtisadçı ekspert Ermənistandakı acınacaqlı vəziyyətdən danışdı
09:02 Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
22:18 WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
22:15 Bu şəxslərə ömürlük 1500 manat verilir
22:13 Bu dərmanları pulsuz ALACAĞIQ