hemle

Tarif Şurası bu qiymətlərə yenidən baxacaq - Video

Tarix:6-07-2023, 10:25
Baxış Sayı:81

Tarif Şurası dərmanların qiymətinə yenidən baxacaq.

Millət Vəkili Müşviq Məmmədli "Xəzər Xəbər"ə bildirib ki, "Dərman vasitələri haqqında" Qanunda dəyişikliklər haqqında milli məclisin səhiyyə komitəsində keçirilən iclasda dərman qiymətləri ilə bağlı müzakirələr aparılıb.

Millət vəkilinin sözlərinə görə, dərman preparatlarının qeydiyyatının eləcə də idxal zamanı gömrük prosedurunun asanlaşdırılması nəzərdə tutulub. Dəyişiklik dərman vasitələrinin daha əlçatan olmasına imkan verəcək.

"Qiymətlərlə bağlı artıq səhiyyə nazirliyi tərəfindən tarif şurasına da müraciət edilib."

Dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədi ilə səhiyyə nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə sisteminin tətbiq edilməsi də nəzərdə tutulub.

Millət vəkili qeyd edib ki, qanun layihəsində bioloji aktiv qida əlavələri ilə bağlı məsələ də öz əksini tapib.

Səhiyyə komətisəinin üzvi əlavə edib ki, qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar
08:25 "Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
08:20 Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
08:17 Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
08:15 Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər