hemle

Talıbovlar “Badamlı”nı da itirdi

Tarix:4-07-2023, 12:47
Baxış Sayı:117

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailəsinə məxsus olan daha bir şirkətin sahibi dəyişib.

hemlemedia.az APA-ya istinadən xəbər verir ki, Talıbovlara məxsus olan "Badamlı Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Mineral Sular" MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.

Qeyd edək ki, "Badamlı Mineral Sular" MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.
Məlumat üçün deyək ki, "Mineral Sular" MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən "Ləzzət Qida Sənaye" MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda "Sirab" şirkəti də bu quruma daxildir.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI