hemle

Döyüşə hazırlıq əmri verilən Rusiya şəhərlərində son vəziyyət - YENİLƏNİB + FOTO

Tarix:24-06-2023, 07:11
Baxış Sayı:85

Rusiyanın Rostov və Krasnodar şəhərlərində olan son durum görüntülənib.

Kadrlar sosial şəbəkələrdə yayımlanıb.

Şəhərlərdə çox sayda hərbi texnikanın olmasının müşahidə edildiyi həmin kadrları təqdim edirik:

01:24

Rusiyanın Rostov şəhər polisi “Qala” planı barədə elan verib.

Şəxsi heyətə isə tam hazırlıq vəziyyətində olmaları tapşırılıb.

Bu barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya dərc olunub.

“Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi, həmçinin Luqansk və Donetsk ilə sərhəddəki postların gücləndirilməsi barədə əmr verilib. Ancaq vəziyyət gərgin deyil. Sadəcə şəxsi heyət qaldırılıb və çağrılıb”, - deyə bildirilib.

“Baza”nın məlumatına görə, Rostov vilayətinin bir sıra polis idarələrində işçilərə xəbərdarlıq edilib və səbəbi barədə açıqlama verilməyib.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamenti də həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Bu barədə BBC-nin xüsusi xidmət orqanlarına yaxın mənbəsi məlumat verib.

Qeyd olunub ki, “Don” şossesində (Moskva-Voronej-Rostov-na-Donu yolu) FTX Milli Qvardiya qoşunlarının xüsusi çevik reaksiya bölmələrinin dəstəyi ilə yollarda blokpostlar qurub. Postlarda növbə çəkənlərə isə təhlükə olacağı təqdirdə atəş açmaq əmri verilib. Eyni zamanda texnika da hazırlıq rejimindədir, lakin bölmələr hələ ki texnikanın çıxarılması ilə bağlı əmr almayıblar.

Döyüşə hazırlıq əmri verilən Rusiya şəhərlərində son vəziyyət - YENİLƏNİB + FOTO

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...