hemle

“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçib

Tarix:8-06-2023, 14:30
Baxış Sayı:110

“Muğan Bank” ASC-yə 2 yeni səhmdar gəlib.

“Report” xəbər verir ki, bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərdir.

Onların hər biri Bankda 40% pay əldə edib.

Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, “Muğan Bank”ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74%-dən 0,78%-ə, Fəridə Mehdiyevanın payı 21,61%-dən 10,89%-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65%-dən 8,33%-ə düşüb.
Beləliklə, Vəliyevlərin bankdakı payı 10,65 %-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişib.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.

Digər xəbərlər
14:38 Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı
14:35 Kəngərli kəndindəki məktəbdə neçə şagird təhsil alacaq?
14:22 Bu gün keçirilən imtahanların nəticələri nə vaxt elan olunacaq?
12:00 Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun !”
10:28 "WhatsApp"dan 15 il sonra bir ilk
10:20 "iPhone" istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK
10:10 Ürək çatışmazlığına çarə tapıldı
10:04 ABŞ dəhşətli fəlakətlərlə üz-üzə - Güclü sunami, böyük zəlzələ...