hemle

Talıbovlar “Naxçıvan Bank”dakı bütün paylarını SATDILAR

Tarix:8-06-2023, 10:10
Baxış Sayı:115

Azərbaycanın yeganə regional bankı – “Naxçıvan Bank” ASC-nin yeni səhmdarları açıqlanıb.

hemlemedia.az report-a istinadən xəbər verir ki, Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.

Bundan əvvəl səhmlər Naxçıvan MR-in Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Belə ki, onun oğlu Rza Talıbov kredit təşkilatında 63,66%, digər oğlu Seymur Talıbov 20,48%, qızı Baharxanım Talıbova 9,82%, xanımı Sevil Sultanova isə 6,04% paya malik olub.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır.

Digər xəbərlər
14:53 AZAL Hindistan və Pakistana reysləri bərpa edir
14:51 NİİM-dən velosiped və skuter idarə edənlərə müraciət
14:49 Türkiyədə ardıcıl iki zəlzələ oldu
14:47 Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı
14:43 Alimlər koronavirus pandemiyasının başladığı yeri izləyiblər
14:37 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
14:34 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
14:32 Günəşdə güclü partlayış baş verib