hemle

İlham Əliyev Boris Kolları qəbul edib - YENİLƏNİB

Tarix:17-05-2023, 14:00
Baxış Sayı:110

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib.

Dövlətimizin başçısı Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi, bunu ölkələrimiz arasında əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında fəal dialoqun həyata keçirilməsindən məmnunluğunu bildirərək Boris Kolların səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı üzrə müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını dedi.

Enerji sahəsində əlaqələrə toxunan dövlətimizin başçısı bu ilin aprelində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının önəmini qeyd etdi, “Həmrəylik Halqası” STRİNG layihəsi çərçivəsində də ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Prezident İlham Əliyev ticarət, qarşılıqlı investisiya qoyuluşu, nəqliyyat sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edə qonaq Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf duyduqlarnı vurğuladı. Ulu Öndərin böyük müdrikliyə və güclü iradəyə malik, xarizmatik şəxsiyyət olduğunu, Azərbaycanın dövlətçiliyinin əsasını qoyduğunu deyən Slovakiya parlamentinin sədri məhz onun uzaqgörənliyi nəticəsində ölkəmizin davamlı surətdə inkişaf etdiyini diqqətə çatdırdı.

Azərbaycanın çox müasir və gözəl olduğunu vurğulayan Boris Kollar ölkəmizə ikinci dəfə gəldiyini dedi, ötən il Şuşaya səfərini məmnunluqla xatırladı.

Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini deyən Boris Kollar işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini qeyd etdi, orada Slovakiya şirkətlərinin də fəaliyyət göstərməkdə və müxtəlif layihələrdə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Minatəmizləmə sahəsində Azərbaycanın Slovakiya şirkətləri ilə səmərəli əməkdaşlığına toxunan qonaq ölkəsində istehsal olunan minatəmizləmə maşınlarının humanitar minatəmizləmə fəaliyyəti üçün ərazidə səmərəli şəkildə tətbiq olunmasını xüsusi vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olundu, bu yaxınlarda Bolqarıstanda əsası qoyulmuş “Həmrəylik Həlqəsi” təşəbbüsü çərçivəsində Azərbaycan qazının Slovakiyaya çatdırılması istiqamətində böyük perspektivlərin olduğu bildirildi.

Görüşdə Slovakiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına verdiyi dəstək yüksək qiymətləndirildi.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ