hemle

Adil Əliyevə qarşı aparılan böhtan kampaniyasının arxasında kimlər durur?-400 payın böhtan ilə alınan qisası….

Tarix:30-04-2020, 23:37
Baxış Sayı:800

Ölkə sınaq dövründədir. Sınayan acımasız təbiət olsa da sınananlar buna görə məsuliyyət daşımır təəssüfki..

Bir də bu sınaq dövründə vicdanı, əqidəsi, qeyrəti, bütün gücü ilə xalqın yanında olanlar var. Millətin vəkili, gənclərin sevimlisi, şəhid analarının, ovladlarının sızlayan ürəyinə öz mərdliyi, vətən sevgisi ilə su səpmiş, onlara övlad, böyük qardaş, dost olmağı bacaran Adil Əliyev.
Ölkə ictimaiyyətinin “Millət Vəkili” deyən kimi ağıllarına gələn ilk adam!
Bir məşhur atalar sözü var. “El üçün ağlayan göz kor olar”
Qətiyyən razılaşmıram. Adil Əliyev el üçün ağlayan gözdür. Görünən odur ki, bəzi harınlıqdan, vicdansızlıqdan, haram yeməkdən,ağlamamış, haqqı göməməzlikdən kor olan gözlərə Adil Əliyev və onun etdikləri batır.
Bunun üçün də Avropada və ölkəmizdə yaşayan maşaları Millət vəkilinin üzərinə ucuz böhtanları ilə salırlar.
Avropada yaşayana sözüm çoxdur. Ancaq deməyin mənası yoxdur. Əxlaqını, əqidəsini, vicdanını, şərəfini Fransanın Miqrasiya İdarəsindən çıxanda içəridə qoyub, əvəzində oturumunu alıb çıxan biridir. Bu gün də Fransada gündüzlər fransızların oturduqu unitazları təmir edib axşamlar daxildəki düşmənlərə maşalıq etməsi normal olmasa da onun kriteriyalarına uyğundur. Bəzən qinamamağa çalışıram. O da canlıdır. İllərdir oradadır. Nə vaxta qədər fransızların qapısında saxladığı itə verdikləri 3-cü 4-cü növ qidaları yeyərək yaşayacaq. İnsan kimi yaşamaq üçün mənliyini mədəsinə qurban verərək burda bilinməyən vətən xainlərindən 5-10 manat alıb normal insanların yediklərindən yemək istəyir.
Burdakı da həmçinin. Bir zamanlar həbsdən buraxılanda məzarlıqda şou göstərərək Özü-öz məzarını qazırdı. Məzarda özünü dəfn etmədilər. Ancaq vicdanını, ləyaqəti, jurnalist əxlaqı kimi dəyərlərini dəfn etdi. Bəzən ölümlər də kliniki olur. Ancaq məzar qazan dəyərlərinin oyanmaması üçün məzarına musəlmanlarda olduğu kimi taxta yox beton qoydurdu.
Bu gün etdikləri də dəfn etdiyi dəyərləri daşımamasının isbatıdır.
Ucuz fahişəxanalardan hədə-xorxu ilə pul yığmaq, icra başçılarından yazılar əvəzinə torpaq sahəsi almaq metodları bu dəfə keçərli olmadı.
Adil Əliyevin yaxın adamına, “mənə 400 ailənin ərzaqının pulunu verin gedim alım öz adımdan paylayım” deməsinə müsbət cavab gəlmədiyi üçün, kimlərə isə maşa olmaq əslində “goreşən”in ürəyindən idi. Ancaq maşalar da maşaları idarə edənlər də bir faktı unutmasın. Ağ ləkə götürməz!
Adil Əliyevə atılan hər şər-böhtan 1000-lərlə şəhid ailələrinə, şəhidlərin ruhuna, ölkənin idman ictimaiyyətinə əyani və qiyabi tanıyıb rəğbət bəsləyən Adilsevərlərə atılır.
Mən jurnalist olaraq sizin kimliyinizi, keyfiyyətsizliyinizi açıqladım. Cavabınızı isə övladlarını qurban vermiş şəhid anaları verəcək.
Çünki, Adil Əliyevə atılan hər böhtanda onları incidən bir məqam var. Gözünüz aydın bəylər. Ermənilərin qəlbinə övlad yarası vurmuş insanları bir siz şər-bohtanlarınizla incidə bildiniz. Eyni ilə ermənilər ilə bir mövqedən çıxış etməyi bacarmaq da xüsusi bir “istedad”tələb edir. Şərəf, vicdan, milli qeyrət yoxsulluqu istedadı.
“Məharətiniz” qutlu olsun…..

Fərid Abdinov /Azərbaycanın Səsi/

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ