hemle

ABŞ səfirliyindən gözlənilən Əliyev-Paşinyan görüşünə MÜNASİBƏT

Tarix:9-05-2023, 11:44
Baxış Sayı:85

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilməsi gözlənilən görüş barədə açıqlama yayıb.

ABŞ səfirliyi mayın 14-də keçiriləcək görüşlə bağlı xəbəri alqışladığını bildirib.

“Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişel arasında keçiriləcək görüş xəbərini alqışlayırıq”, - deyə səfirlik bildirib.

Qeyd olunub ki, bu görüş Vaşinqtondakı danışıqlardan sonra gələcək irəliləyişə zəmin yaradan mühüm bir fürsətdir.

Xatırladaq ki, nüfuzlu “Financial Times” nəşri Azərbaycan və Ermənistan liderlərinin bu həftəsonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklərini yazıb.
Bildirilib ki, Qərb müttəfiqləri son hərbi əməliyyatlardan sonra tərəflər arasında vasitəçilik səylərini gücləndirirlər.

İki rəsmi şəxsin məlumatına görə, üç lider həmçinin iyunun 1-də daha bir görüş keçirməyi planlaşdırır.

Görüşün Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir