hemle

Rusiyalı nümayəndə Ankaradakı davadan sonra xəstəxanaya yerləşdirildi

Tarix:5-05-2023, 11:42
Baxış Sayı:107

Xəbər verdiyimiz kimi, dünən Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sammiti çərçivəsində insident qeydə alınıb.

Rusiya və Ukrayna təmsilçiləri arasında olan davadan sonra rusiyalı nümayəndə xəstəxanaya yerləşdirilib.

Bu barədə Rusiyanın Ankaradakı səfirliyinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Səfirlik qeyd edib ki, Ukrayna nümayəndələri iki dəfə Rusiya nümayəndə heyətinin çıxışını pozmağa cəhd ediblər.

Bu, ölkə parlamentlərinin spikerlərinin görüşü zamanı Rusiya nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının deputatı Olqa Timofeyevanın çıxışı zamanı baş verib.

Türkiyə parlamentinin sədri Mustafa Şentop Timofeyevanın çıxışına mane olmamağa çalışaraq, Rusiya əleyhinə şüarlar səsləndirən, Ukrayna bayrağını dalğalandıran etirazçıları iclas zalından çıxarmaq istəyib. Bundan sonra Rusiya Dövlət Dumasının deputatı çıxışına davam edib, lakin mübahisə zaldan kənarda davam edib və orada Rusiya nümayəndə heyətinin üzvlərindən birinin Ukrayna bayrağını ərazidən çıxarmağa cəhd etməsindən sonra dava düşüb.

Digər xəbərlər
10:28 "WhatsApp"dan 15 il sonra bir ilk
10:20 "iPhone" istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK
10:10 Ürək çatışmazlığına çarə tapıldı
10:04 ABŞ dəhşətli fəlakətlərlə üz-üzə - Güclü sunami, böyük zəlzələ...
09:55 İran nüvə dosyesi ilə bağlı hərəkətə keçdi
09:51 Türkiyədə "Mərmərə kabusu" GERİ DÖNÜR - Alimlər həyəcan təbili çaldılar
09:46 Bu gün hava necə olacaq? - PROQNOZ
19:06 Rusiyadan vətəndaşlarına çağırış: Bu ərazilərə getməyin!