hemle

Rusiya-Ukrayna danışıqlarının nəticəsi ilə bağlı TƏFƏRRÜAT

Tarix:28-02-2022, 21:27
Baxış Sayı:207

Moskva və Kiyev nümayəndə heyətləri arasında Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar başa çatıb, tərəflər ikinci raundun keçirilməsi barədə razılığa gəliblər.

Bu bardə “RİA Novosti” məlumat yayıb.
Görüş Belarusun Qomel vilayətində keçirilib, təxminən beş saat davam edib.

Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski bildirb ki, bu müddət ərzində iştirakçılar bütün gündəliyi ətraflı şəkildə nəzərdən keçiriblər. Onun sözlərinə görə, ortaq mövqelər proqnozlaşdırılıb və mümkün olan məqamlar tapılıb.

Eyni zamanda Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Leonid Slutskidə görüşlə bağlı fikirlər səsləndirib.

"Rusiya Federasiyası və Ukraynanın nümayəndə heyətləri irəliləyiş əldə edilə biləcək mühüm bəndləri tapdılar. Ukrayna nümayəndə heyəti dinləməyə və aktual məsələlərin ətraflı müzakirəsində iştirak etməyə hazır idi", -deyə Belarusdakı keçirilən görüşdə iştirak edən Rusiya nümayəndəsi heyətinin üzvü vurğulayıb.

Öz növbəsində, Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər spesifik həll yollarının təsvir olunduğu prioritet mövzular müəyyən ediblər.

Digər xəbərlər
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
16:01 Rusiya aerodromları vurulur: 40 təyyarə məhv edildi
15:57 Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM
15:45 Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi - Yeniləndi
15:40 Güclü maqnit qasırğası müşahidə olunur - Rabitədə problemlər yarana bilər
10:25 "Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj
10:20 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
10:18 Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ